YENİ! Dövlət və özəl təşkilatlarda Əmək Haqqı üzrə gəlir vergisinin hesablanmasının 3 VARİANTDA MİSALLA müqayisəli izahı

YENİ! Dövlət və özəl təşkilatlarda Əmək Haqqı üzrə gəlir vergisinin hesablanmasının 3 VARİANTDA MİSALLA müqayisəli izahı

Xəbər verdiiymiz kimi, Vergi Məcəlləsinin "Fiziki şəxslərin gəlir vergisi" adlı 8-ci fəslinə ciddi dəyişikliklərin olması gözlənilir. Mks.az saytı olaraq, həmin dəyişiklikləri hissə-hissə  şərh edərək oxucularımızın diqqətinə çatdıracıyıq.  

Dəyişikliyə əsasən, 01 yanvar 2019-cu ildən Vergi Məcəlləsi üzrə əmək haqqından gəlir vergisi hesablanması 2 kateqoriyaya bölünəcək:

  • Dövlət və Neft-qaz sahəsində fəaliyyəti olanlar;
  • Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən verginin hesabanması.

Dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar üçün əmək haqqıdan gəlir vergisinin hesablanması aşağıdakı kimi olacaq:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2500 manatadək

14 faiz

2500 manatdan çox olduqda

350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

 

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

8000 manatadək

0 faiz

8000 manatdan çox olduqda

8000 manatdan çox olan məbləğin 14 faizi

İndi misalla izah etməyə çalışaq:

1-ci variant:

Əliyev Əli dövlət orqanında çalışır və 500 manat əmək haqqı hesablanıb. 01 yanvar 2019-cu ildən etibarən Əli Əliyevin əmək haqqısı üzrə gəlir vergisi belə hesablanır:  (500 manat- 200 manat (2500 manata qədər 200 manat güzəşt olunur) x 14 faiz)= 42 manat. Cari gəlir vergisi müqayisədə 3,78 manat artım olacaq. Səbəb odur ki, indi 500 manat əmək haqqından gəlir vergisi hesabanarkən ölkə üzrə yaşayış minimumun məbləği (2018-ci il üzrə 173 manat təşkil edir) çıxılırdısa, yeni dəyişikiyə əsasən, 01 yanvar 2019-cu il tarixdən 200 manat güzəşt olunacaq.

İndi təsəvvür edək ki, Əliyev Əli Neft-qaz sahəsində fəaliyyəti olmayan MMC-də çalışır və 500 manat əmək haqqı hesablanır. 01 yanvar 2019-cu ildən etibarən gəlir vergisi hesablanmayacaq. Cünki, yeni dəyişikliyə əsasən, 8000 manata qədər gəlir vergisi üzrə güzəşt olunur.

2-ci variant:

Əliyev Əli dövlət orqanında çalışır və  3000 manat əmək haqqı hesablanır. 01 yanvar 2019-cu ildən etibarən Əli Əliyevin əmək haqqısından gəlir vergisi belə hesablanır:  (350+ (3000-2500)x25 faiz= 475 manat.  Qeyd edək ki, Məbləğ 2500 manatdan yüksək olduğuna görə 200 manat güzəşt tətbiq olunmur. Bu səbəbdən cari əmək haqqı isə ilə müqayisədə heç bir artım və ya azalma olmayacaq. 

İndi təsəvvür edək ki, Əliyev Əli Neft-qaz sahəsində fəaliyyəti olmayan MMC-də çalışır və 3000 manat əmək haqqı hesablanır. 01 yanvar 2019-cu ildən etibarən gəlir vergisi hesablanmayacaq. Cünki, yeni dəyişikliyə əsasən, 8000 manata qədər gəlir vergisi üzrə güzəşt olunur.

3-cü variant:

Əliyev Əli dövlət orqanında çalışır və 8500 manat əmək haqqı hesablanır. 01 yanvar 2019-cu ildən etibarən Əli Əliyevin əmək haqqısından gəlir vergisi belə hesablanır: (350+ (8500-2500)x25 faiz= 1850 manat. Qeyd edək ki, Məbləğ 2500 manatdan yüksək olduğuna görə 200 manat güzəşt tətbiq olunmur. Bu səbəbdən cari əmək haqqı isə ilə müqayisədə heç bir artım və ya azalma olmayacaq. 

İndi təsəvvür edək ki, Əliyev Əli Neft-qaz sahəsində fəaliyyəti olmayan MMC-də çalışır8500 manat əmək haqqı hesablanır. 01 yanvar 2019-cu ildən etibarən gəlir vergisi artıq 70 manat  ((8500-8000) x14 faiz) manat olacaq. Cünki, yeni dəyişikliyə əsasən, 8000 manatdan yuxarı hissə üçün 14 faiz gəlir vergisi tətbiq edilir.

Təklif olunan dəyişiklik üzrə çıxarışı sonda qeyd edirik:

101-ci maddə üzrə:
101.1-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:”;
101.1-ci maddənin 1-ci cədvəldən sonrakı ikinci və üçüncü hissələri ləğv edilsin;
aşağıdakı məzmunda 101.1-1-ci – 101.1-6-cı və maddələr əlavə edilsin:
“101.1-1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:
2-ci cədvəl
Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi
8000 manatadək 0 faiz
8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi
101.1-2. İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Gözlənilməz dəyişiklik: Hansı halda işçiyə verilən AVANS məbləği gəlir vergisinə cəlb olunacaq? (1-ci yazı)

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected] 

1 Komment

  1. Zaur 17 Noyabr 2018

    Salam. 3.78 man artım yazırsıbız. Bəs niyə yazmırsınız ki, 10% sosial sığorta artırılır, işçinin əmək haqqından tutulur?????

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər