Mühasib vergi yoxlaması zamanı müfəttişlərlə necə davralanmalı
Mks.az saytının eksperti Susan Mcanichin təqdimatında
Sual: Hazırda təşkilatda mühasib vəzifəsində çalışıram. Azərbaycanda vergi yoxlamaların səyyar metodu var. Bu zaman vergi müfəttişləri ofisə gələrək sənədləri tələb edirlər. Sualım ondan ibarətdir ki, yoxlayıcı şəxslərlə münasibəti necə qurmalıyam? Onlarla rəsmi və ya qeyri-rəsmi münasibət qurmalıyam? Və ya özümü həddən artıq savadlı və sadəlövh aparmalıyam?
- Vergilər Nazirliyi rəsmilərinin yoxlama məqsədilə qəbulu gərgin bir proses ola bilər. Belə bir yoxlamaya öyrənmək və təşkilatınızın gördüyü işin effektivliyini müəyyənləşdirmək imkanı kimi də baxmaq olar. Bir çox hallarda yoxlama aparanlar tanımadığınız şəxslər olduğundan Siz onlarla münasibətləri davam etdirmirsiniz. Onların təşkilatınıza gəlişi adətən iş ilə əlaqədar olur və əgər siz onlara günorta yeməyinə dəvət eləməsəniz, onda sosial ünsiyyət üçün çox az imkan qalır. Bütün bunları və gəlişin məqsədini nəzərə alaraq, onlarla olan hər bir söhbəti səmimi şəkildə qurmağınız məqsədəuyğun olar. Lakin bu zaman da diqqətiniz işdə olmalıdır və daim peşəkar görünməyə çalışmaq lazımdır. Əslində, “xoşgəldin”dən və qarşılıqlı təqdimatdan sonra bütün söhbəti iş üzərində qurmaq ən münasib yanaşma hesab olunur. Mən akreditasiya ziyarətləri ilə bağlı məhdud təcrübəmə əsasən deyə bilərəm ki, yoxlamanın uğurlu alınması üçün hazırlıq və səmərəlilik əsas şərtlərdir.
Əgər sən iş yerini və bütün sənədləri belə bir yoxlama üçün hazır vəziyyətə gətirmisənsə və gələn yoxlamaya bu işdə yardımçı olmağa hazırsansa, inanmıram ki, sənin onlarla necə davranmaq barədə problemin olsun. Sən bu zaman özün peşəkar olursan. Sən peşəkar qonaqlarınla etik qaydalar çərçivəsində və peşəkar davranırsan. Sus, danışma, icazə ver, sənin əvəzindən yoxlamaya hazırlığın və yoxlama zamanı səmərəli iş görməyin səni onlara təqdim eləsin. Uğurlar.
0 Komment
Şərh yazın