"Sadələşdirilmiş vergi dərəcəsinin aşağı olması sui sui-istifadə alətinə çevrilib"
Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı özəl sahibkarlığın inkişafından çox asılıdır. Qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi indiki dövrdə vergi siyasətində çevik və şəffaf mexanizmlərin tətbiqi dövrün zəruri tələbinə çevirib. Bu şəraitdə ən vacib şərtlərdən biri vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada və əməkdaşlığa əsaslanmasıdır. 1 avqust 2018-ci il tarixə olan məlumata görə, hazırda Azərbaycanda 939 min 149 vergi ödəyicisi var ki, onların da əksəriyyəti sadələşdirilmiş vergi ödəyiciləridir. Onların təqdim etdiyi vergi bəyannamələrindən görünür ki, həmin vergi ödəyicilərinin böyük əksəriyyətinin dövriyyəsi 100 min manatdan aşağıdır.
Sadələşdirilmiş vergilərin ümumi vergi daxilolmalarındakı payının az olması həm də onunla izah edilə bilər ki, bu sistem bəzi sahibkarlar üçün dövriyyəni azaltmaq üçün sui-istifadə alətinə çevrilib. Bununla da onlar özlərini «kiçik biznes» kateqoriyasına aid edir və vergilərdən yayınmağa çalışırlar.
Mənbə: "Vergilər" qəzeti
0 Komment
Şərh yazın