Həm əsas həm də əlavə iş yerində çalışan işçinin əmək haqqısından gəlir vergisi necə hesablanır?
"Əmək Münasibətləri:A-dan Z-yə 2018" kitabından seçmə
Misallarla bəzi bəndlərin izahını verək. Tutaq ki, ikinci qrup müharibə əlili olan işçi əsas iş yerində ayda 700 manat əməkhaqqı alır. Bu zaman onun əməkhaqqından gəlir vergisi belə hesablanır: İşçi ikinci qrup müharibə əlili olduğundan aylıq gəliri 400 manat azaldılır, yerdə qalan 127 manat (700-400-173) vergiyə cəlb olunur.
Bu hesabla işçinin gəlir vergisi 17,78 manat (127 x 14%) təşkil edir.
İndi isə fərz edək ki, işçi 700 manatı əlavə iş yerindən alır. Bu zaman onun güzəştləri nəzərə alınmır və bütün əməkhaqqı vergiyə cəlb olunur: 700 x 14% = 98 manat.
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
0 Komment
Şərh yazın