Vergi Məcəlləsinə Dəyişikliklərin 7 bənd üzrə TAM SİYAHISI

Vergi Məcəlləsinə Dəyişikliklərin 7 bənd üzrə TAM SİYAHISI

 Tanınmış 4 BİG FOUR audit şirkətlərindən olan KMPG şirkətinin aylıq bülettində Vergi Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı məlumat verilib. Həmkarlarımız üçün maraqlı olacağı nəzərə alaraq, bölmələr üzrə həmin məlumatları Sizinlə paylaşırıq:

Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə cənab Mikayıl Cabbarovun Vergilər Naziri təyin edilməsi və Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan kompleks islahatlar vergi qanunvericiliyinin də təkmilləşdirilməsinə lüzum yaratmışdır.
Vergilər Nazirliyi bu istiqamətdə mühüm işlər aparır və 2018-ci ilin sonuna qədər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə bir çox dəyişikliklər edilməsi gözlənilir. Hal-hazırda bir çox dəyişikliklər hələ də müzakirə edilir.
Nəzərdə tutulan mühüm dəyişikliklər haqqında Sizi qısaca məlumatlandırmaq istəyirik. Bir daha nəzərinizə çatdırmaq istəyirik ki bu dəyişikliklər hələ layihədir və bir çox dəyişikliklər edilə bilər.

1.    Fiziki Şəxslərin Gəlir Vergisi və Məcburi Dövlət Sosial Sığorta Haqları

Nəzərdə tutulan dəyişikliklərə əsasən fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları birləşdirilib vahid verginin (fiziki şəxslərin gəlir vergisi) müəyyən edilməsi gözlənilir. Belə ki:

·         Muzdlu işdən tutulan gəlir vergisinin dərəcəsi müəyyən bir məbləğə qədər (misal üçün AZN 5,000-ə qədər) 20-25% arasında müəyyən edilə bilər. Bu məbləğin yarısı işəgötürən tərəfindən, yarısı ilə işçi tərəfindən (işəgötürən tərəfindən tutulmaqla) ödəniləcəkdir;

 ·         Bu məbləğdən yuxarı muzdlu işdən tutulan gəlir vergisinin dərəcəsi 40-50% olması gözlənilir;

 ·         Bu vergidən əlavə məcburi dövlət sosial sığorta haqları (yəni 22% və 3%) tətbiq edilməyəcəkdir.

 ·         Yuxarıdakı dəyişikliklər neft qaz sahəsinə (o cümlədən hasilatın pay bölgüsü) və digər bu kimi sahələrə aid olmayacaq

 2.    Əlavə Dəyər Vergisi

Satılmış mal (iş və ya xidmət) üzrə ƏDV (output VAT) üzrə əməliyyatın aparıldığı vaxtının və alınmış mal (iş və ya xidmət) üzrə əvəzləşdirilən ƏDV-nin (input VAT) vaxtının müəyyənləşdirilməsində fərqli metodlardan (hesablama və kassa metodlarından) istifadə edilməsi vergi ödəyiciləri üçün bir çox çətinliklərə səbəb olurdu.

Yeni dəyişikliklərə əsasən satılmış və alınmış mallar (iş və ya xidmət) üzrə ƏDV-nin əvəzləşdirməsi vaxtı eyni metodla – çox güman ki kassa metodu ilə həyata keçiriləcəkdir.

3.    Ödəmə Mənbəyində dividentdən vergi tutulması

Bölüşdürülməmiş mənfəətin dividend şəklində ödəmə mənbəyində vergiyə cəlb edilməsinin sərtləşdirilməsi gözlənilir. Belə ki, xalis mənfəət hesabına vəsaitlərin istifadəsini təsdiq edən sənədlər olmadıqda vergitutma məqsədləri üçün müəyyən edilən bölüşdürülməmiş mənfəət təsisçilərin (iştirakçıların) xeyrinə bölüşdürülmüş (dividend) hesab ediləcək və ödəmə mənbəyində vergiyə cəlb ediləcək.

Əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab ediləcəkdir.

4.    Maliyyə Sanksiyaları və Cərimələr

Müxtəlif maliyyə sanksiyalarının və cərimələrin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulmuşdur. Aşağıdakılara pozuntulara görə tətbiq olunan maliyyə sanksiyaları və cərimələrin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulacaqdır:

-          nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına

-          pul vəsaitlərinin uçotdan silinməsinə

-          əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərə cəlb edilməsinə

-          aksiz markası olmadan malların satışına

Bundan əlavə gəlirlərin və xərclərin uçotu aparılmadıqda, vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur.

5.    Aksiz Vergisi

Gözlənilən dəyişikliklərə əsasən alkoqollu və alkoqolsuz energetik içkilərə aksiz vergisinin tətbiq edilməsi gözlənilir.

Spirtli içkilər üzrə aksizlərin 2 dəfə, siqaret üzrə aksizlərin 3 dəfə artırılması nəzərdə tutulur.

6.    Sadələşdirilmiş Vergi

Yeni dəyişikliklərə əsasən ölkə üzrə sadələşdirilmiş verginin dərəcəsinin aşağı salınması gözlənilir. Eyni zamanda aşağıdakı şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaqhüququnun ləğv edilməsi gözlənilir:

-          İstehsal fəaliyyəti ilə məşğul olan şəxslər;

-          topdansatış qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;

-          lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər.

Digər tərəfdən, qızıl, almaz məhsullarının və xəz-dəri məmulatlarının satışı ilə məşğul olan şəxslər istisna olmaqla, aksizli malları istehsal edən şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edə biləcəklər.

7.    Digər Gözlənilən Yeniliklər

Mühasibat Uçotuna Tələblər

Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən diqqət cəlb edən məsələlərdən biri də sənədləşdirmə tələblərinin gücləndirilməsi ilə bağlıdır.

Həmçinin sığortaçılar (təkrarsığortaçılar), maliyyə institutları, o cümlədən banklar, bank olmayan kredit təşkilatları (ittifaqları) 1 yanvar 2019-cu il tarixdən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər və ƏDV qeydiyyatında olan şəxslər isə 1 sentyabr 2019-cu il tarixdən mühasibat uçotunu elektron formada aparmalıdırlar.

Vergi Orqanları Tərəfindən Aparılan İşlər

Bundan əlavə vergi orqanları tərəfindən bir sıra mövzular, məsələn vergi apelyasiyası prosesinin təkmilləşdirilməsi, vergi amnistiyası, və s. mövzular üzrə müzakirələr aparır və 1 yanvar 2019-cu ildən müvafiq dəyişikliklərin qüvvəyə minməsi gözlənilir.

ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

Altay Cəfərovun müəllifi olduğu “Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]
 
 
 

 

3 Komment

  1. Raqib 24 İyul 2018

    Salam kitablar muhasibat ucot neceyedir

  2. Elnur 08 Yanvar 2019

    Salam zehmet olmasa meni maraqlandiran bir suala cvb vermeyinizi xahis edirem. Kendlinin satdigi mali bir sirket alirsa ve aldigi mali resmi edv odeyicisi olaraq satirsa.hesabat zamani bu alinan mali nece senedlesdirmelidi? Ve yaxud bunu nece ede biler?

  3. Mustafayeva Sevinc C. 25 Yanvar 2019

    Salam . Mana marali olan ezamiyy xercinin hesablanmasi, hansi senedler teleb edilir bu gun.Nece hesablanir?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər