Vergi Məcəlləsinə olan dəyişikliklər AÇIQLANDI - 1: Əmək haqqından vergi yükü məbləğlər üzrə necə bölüşdürüləcək?
Tanınmış 4 BİG FOUR audit şirkətlərindən olan KMPG şirkətinin aylıq bülettində Vergi Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı məlumat verilib. Həmkarlarımız üçün maraqlı olacağı nəzərə alaraq, bölmələr üzrə həmin məlumatları Sizinlə paylaşırıq:
Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə cənab Mikayıl Cabbarovun Vergilər Naziri təyin edilməsi və Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan kompleks islahatlar vergi qanunvericiliyinin də təkmilləşdirilməsinə lüzum yaratmışdır. Vergilər Nazirliyi bu istiqamətdə mühüm işlər aparır və 2018-ci ilin sonuna qədər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə bir çox dəyişikliklər edilməsi gözlənilir. Hal-hazırda bir çox dəyişikliklər hələ də müzakirə edilir.
Nəzərdə tutulan mühüm dəyişikliklər haqqında Sizi qısaca məlumatlandırmaq istəyirik. Bir daha nəzərinizə çatdırmaq istəyirik ki bu dəyişikliklər hələ layihədir və bir çox dəyişikliklər edilə bilər.
Fiziki Şəxslərin Gəlir Vergisi və Məcburi Dövlət Sosial Sığorta Haqları
Nəzərdə tutulan dəyişikliklərə əsasən fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları birləşdirilib vahid verginin (fiziki şəxslərin gəlir vergisi) müəyyən edilməsi gözlənilir. Belə ki:
• Muzdlu işdən tutulan gəlir vergisinin dərəcəsi müəyyən bir məbləğə qədər (misal üçün AZN 5,000-ə qədər) 20-25% arasında müəyyən edilə bilər. Bu məbləğin yarısı işəgötürən tərəfindən, yarısı ilə işçi tərəfindən (işəgötürən tərəfindən tutulmaqla) ödəniləcəkdir;
• Bu məbləğdən yuxarı muzdlu işdən tutulan gəlir vergisinin dərəcəsi 40-50% olması gözlənilir;
• Bu vergidən əlavə məcburi dövlət sosial sığorta haqları (yəni 22% və 3%) tətbiq edilməyəcəkdir.
• Yuxarıdakı dəyişikliklər neft qaz sahəsinə (o cümlədən hasilatın pay bölgüsü) və digər bu kimi sahələrə aid olmayacaq.
ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Altay Cəfərovun müəllifi olduğu “Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA
15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),
8 MÖVZUDA ŞƏRHLƏR
(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)
Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın