Emin Səttarov: "Sahibkarın cərimələnmək qorxusunu yaşamaqla qeyri-rəsmi işləməsinin mahiyyəti varmı?"
"SM CONSULTİNG" MMC-in rəhbəri Emin Səttarov kiçik sahibkarlıq subyektləri üçün maraqlı təhlil apararaq onlara müraciət ünvanlayıb: "Hörmətli həmkarlar, sizinlə öz təcrübəmin nəticələri üzrə bir məsələni paylaşmaq istəyirəm. Sizcə sahibkar vergidən yayınmaqla cərimələnmək xofu ilə yoxsa doğru-dürüst fəaliyyət göstərsin? Maraqlıdır... Vergilər Naziri sahibkarlarla görüşdə rəsmi məlumat olaraq bildirdi ki, vergi orqanında uçotda olan sahibkarların böyük əksəriyyəti sadələşdirilmiş vergi ödəyiciləridir və bu sadələşdirilmiş vergi ödəyicilərinin illik dövriyyəsi 100.000 manatı keçmir. Bu təxminən sahibkarların orta aylıq 8.000 manat məbləğində dövriyyələrinin olması anlamına gəlir. Cəmiyyətimizdə əsasən sadələşdirilmiş vergi ödəyicisi olan pərakəndə ticarətçilərə diqqət yetirək. Hamıya bəllidir ki, müəyyən səbəblərdən mağazalar, marketlər, dükanlar satışlarını rəsmiləşdirmirlər və müştəriyə NKA çeki vermirlər. Bu aydın məsələdir ki, sahibkarın vergidən yayınmaq üçün etdiyi hərəkətdir. Bəs görək belə hərəkət etmək bu cür kiçik sahibkar üçün faydalıdırmı?
Əvvəlcə baxaq ki, Vergi Məcəlləsi nə deyir? Məcəllənin 58-ci maddəsinə görə alıcıya NKA-nın çekinin verilməməsinə görə sahibkara il ərzində belə hala 1-ci dəfə yol verdikdə 400 manat, 2-ci dəfə yol verdikdə 800 manat, 3-cü və daha çox dəfə yol verdikdə isə 1200 manat cərimə yazılır.
Məntiqi təhlil apardıqda 400 manat cərimə 10.000 manat dövriyyənin 4 faizidir. Deməli sahibkar ay ərzində 10.000 manat məbləğində dövriyyə etsə 400 manat vergi verəcəkdir. Sahibkara vergidən yayınmaqla NKA-nın çekinin verilməməsinə görə də, vergidən yayınmayıb dürüst işləməklə 10.000 manat dövriyyə etdiyi halda da 400 manat ödəniş edəcəkdir. Ancaq burada fərq var:
1.Əvvəla şəffaf fəaliyyət göstərirsən və dövlətə vergi ödəməklə konstitutsion vəzifəni yerinə yetirirsən;
2.Vergini bir dəfəyə deyil, ay ərzində ödəyə bilirsən;
3.Aldığın malları rəsmi alıb rəsmi satır və uçotdan yayınma baş vermir.
4.Vergidən yayınan şəxs kimi xarakterizə edilmir.
İndi gəlin seçim edək, əgər bu gün reallıqda mağazalar, dükanlar ay ərzində 1 NKA çekinin cəriməsinin vergi dövriyyəsi qədər (400/4%=10000 manat) dövriyyə etmədiyi halda aylıq dövriyyə 10.000 manatın altındadırsa sahibkarın cərimələnmək qorxusunu yaşamaqla qeyri-rəsmi işləməsinin mahiyyəti varmı? Hələ bu hal il ərzində ikinci də sonrakı dəfələrdə baş verərsə bu daha təəccübləndirici olur.
Bundan əlavə olaraq vergi orqanı tərəfindən sahibkara qarşı nəzarət xarakterli növbəti addimlar atıla bilər.
1.Operativ nəzarətin gücləndirilməsi;
2.Növbəti kənar səyyar vergi yoxlasının açılması;
3.Kameral qaydada (kənardan) daim nəzarət artıralacaq və əlavə vergi məbləği hesablana bilər.
Nəticə olaraq qeyd edərdim ki, kiçik sahibkarlar cərimələnməkdənsə cərimənin məbləği qədər vergi dövriyyəsi etməyən şəxsin şəffaf işləməsi daha şəxsən özü üçün daha faydalı olacaqdır."
SATIŞDA OLAN NƏŞRLƏRİMİZ
0 Komment
Şərh yazın