Vergi imtahanında REKORD bal toplayan Namizəd: "Mənimçün çox sadə oldu, çətin gözləyirdim"
Xəbər verdiyimiz kimi, bu gün Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarında işə qəbulla bağlı test imtahanı keçirib. İmtahan nəticələrinə əsasən, 3 namizəd ən yüksən 89 bal toplayıb. 589045 saylı iş nömrəsinə malik olan Əhmədov Yaşar Şöhrət oğlu da həmin yüksək bal toplayan namizədlərdəndir. Yaşar müəllimin mks.az saytına məxsusi müsahibəsini diqqətinizə çatdırırıq:
- Yaşar müəllim, zəhmət olmasa, özünüz haqqında məlumat verərdiniz?
- 1987-ci il təvəllüdəm, Bakı şəhərində anadan olmuşam. Ali təhsilliyəm, bakalavr ixtisasım 2005-2009-cu ildə "vergi işinin təşkili və idarə edilməsi", magistr ixtisasım isə 2012-2015 illərdə "bank işi" ixtisası üzrə olub, fərqlənmə diplomuyla məzun olmuşam. Hərbi xidmətdən qayıtdıqdan sonra 1 ilə yaxın Parabank ASC-də kredit üzrə mütəxəssis işləmişəm, 2012-ci ilin dekabrndan 2018-ci ilin fevralına kimi 18 nömrəli Bakı Peşə liseyində ixtisas fənn müəllimi, bu ilin fevralından isə Lokal gəlirlər departamentində büdcədənkənar fond hesablı vergi müfəttişi işləyirəm.
- Yaşar müəllim, vergi orqanlarına işə qəbulla bağlı imtahanda ilk dəfə iştirak edirdiniz yoxsa öncələr də cəhd etmişdiniz?
- Bu, mənim üçüncü imtahanımdı. İlk dəfə 2011-ci ildə vergi orqanlarında işə qəbul olmuşdum, sadəcə təyinatla bağlı bəzi problemlər, subyektiv səbəblərdən dolayı işləmək alınmadı. Bu səbəbdən də, adım ehtiyat kadrlar siyahısından çıxarıldı. Ötən ilin oktyabr imtahanında hazırlıqsız olduğumdan 68 bal topladım ki, bu da zəif nəticə oldu.
- İmtahanda düşən suallar ötən dövrlərə nisbətən çətin yoxsa asan idi? Ümümiyyətlə, suallar əsasən hansı mövzuları əhatə edirdi?
- Öncədən onu qeyd edim ki, diqqətlə, hərtərəfli hazırlaşanlar üçün heç bir imtahan çətin olmur. İnformatika və riyazi məntiq suallar çıxarıldıqdan sonra vergi məsələlərində daha çox üstünlük təşkil edirdi. Ümumiyyətlə, iqtisadiyyat sahəsi üzrə test kitabçasında vergi məsələləri, mühasibatlıq, iqtisadi nəzəriyyə sualları çoxluq təşkil edirdi.
- Namizədlərin ən çox narazılıq etdikləri mühasibat uçotu ilə bağlı suallardır.
- Mən özüm peşə liseyində Əməliyyatçı-mühasib peşə ixtisasına ixtisas üzrə dərs dediyimçün heç çətin olmadı. Mühasibat uçotu sahəsində nəşrlər və videoroliklər də mənə çox kömək oldu.
- Ümümiyətlə, müxabirləşmələrlə bağlı suallar sadə yoxsa mürəkkəb idi?
- Mənimçün çox sadə oldu, çətin gözləyirdim. amma sualların çoxusu sintetik müxabirləşmələrdən daha çox, adi hesabların adı və onun yeni hesablar planında yazılış qaydasıyla bağlı idi.
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın