Vergilər Naziri təklifləri bir-bir dəyərləndirdi (SİYAHI)

Vergilər Naziri təklifləri bir-bir dəyərləndirdi (SİYAHI)

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçirilən və digər sahibkar təşkilatlarının da qatıldığı görüşdə ASK rəhbəri Məmməd Musayev,  «Amcham» rəhbəri Nuran Kərimov, Banklar və sığortçılar assosiasiyalarının rəhbərləri, ayrı- ayrı sahibkarlar çıxış ediblər. İlk çıxış edənlərdən olan «Azərsun» prezidenti Abdulbarı Gozal şirkətinin fəaliyəti və qarşılaşdığı problemləri açıqlayıb.
Görüşdə «Veysəloğlu» şirkətinin biznesə dəstək üzrə baş direktoru İlqar Nuri,  Milli Mühasiblər forumunun təşkilatçısı Ruslan Atakişiyev, Turizm sektorunun təmsilçisi Ruslan Quliyev, Qiymətli Kağızlar Assosiasiyasının rəhbəri Ceyhun İbrahimov, «Mətanət A» şirkətiin rəhbəri Elxan Bəşirov və digərləri çıxış edib.

Vergilər Naziri Mikayıl Cabbarov müzakirə olunan məsələlərə münasibət bildirərək gözlənilən vergi islahatının əsas məqamlarını açıqlayıb:

1)  Sadələşdirilmiş vergi ödəyiciləri üçün dövriyyə - Nazir bu təklifə birbaşa cavab verməsə də bildirib ki, nazirlik bu məsələni araşdırıb. Araşdırma nəticəsində məlum olub ki, hazırda ölkədə bu verginin 180 mindən artıq ödəciyicisi var. Amma bunların 95%-dən çoxunun dövriyyəsi 100 minə də çatmır, cəmi 2-3%-nin illik dövriyyəsi  100 min keçir. Xatırladaq ki, görüşdə sadələşdirilimiş verginin dövriyyəsinin 200 min manatdan 500 min manata qaldırılması təklif edilmişdi. 

2) Əlavə Dəyər Vergisinin diferensiallaşdırılması -  Mikayıl Cabbarov bildirib ki,  yaxın vaxtarda ƏDV ilə bağlı dəyişikliklərin olması gözlənilir. Qeyd edək ki, bu sahədə gözlənilən əsas  dəyişiklik ƏDV-nin diferensiallaşdırılması, yəni ayrı-ayrı subyektlər və ya sahələr üzrə fərqli dərəcənin tətbiqidir. 

3) Əmək haqqı üzrə gəlir vergisinin azadılması  -  Nazir bildirib ki, əmək haqqından hesablanan gəlir vergisi ilə bağlı müzakirələr aparılacaq. Tədbirdə bu verginin yüksək olduğu bir neçə dəfə vurğulanıb.

4) Vergi yoxlamların azadılması, vergi orqanları və sahibkarlar arasında əminliyin və etibarın artırılması -   Vergilər Nazirliyinin rəhbərliyi elan edib ki, nazirlik sahibkarlarla əməkdaşlığa hazırdır, bir şərtlə ki, qarşı tərəf şəffaf fəaliyyət göstərsin və buna hazır olsun: «kim şəffaflığı artırmağa hazırdırsa onlarla əməkdaşlıq ediləcək». Bundan başqa, elan ejilib ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə ayrıca danışıqlar aparıla və müəyyən razılıqlar (məsələn vergi güzəştləri və ya vergi tətilləri ilə bağlı ) əldə oluna bilər.

 5) Ayrı-ayrı sahələr üzrə vergi güzəştlərin tətbiqi -  Görüşdə nazir elan edib ki, hökumət vergi islahatları baxımından 2018-ci ilə keçid ili kimi baxır. Toplantıda bildirilib ki, böyük və orta şirkətlər, eləcə də holdinqlər keçid prosesinin iştirakçısı olsalar, onların rəqabət qabiliyətini artırmaq üçün (vergi güzəştləri) müzakirə edilə bilər.

 

 

-----------------------------------------------------------------------------------------

Vergi qanunvericiliyinə aid yeni qanunvericilik və şərhlər toplusu satışa çıxıb

 www.mks.az saytı mühasiblər, insan resursları mütəxəssisləri, hüquqşünaslar, vergi əməkdaşları üçün nəşrlər silsiləsindən növbəti nəşrini satışa buraxıb. “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Həmişə praktiki vəsaitlərinin orijinallığı və nəşrlər sahəsində yeniliklərlə oxucuları təəccübləndirməyə davam edən www.mks.az bu dəfə də ənənəsinə sadiq qalıb.

Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Şərh bölmələri seçilərkən, xüsusilə ziddiyyətli, qanunvericilikdə dəqiq ifadə edilməməsi səbəbindən praktikada müxtəlif cür yozulmalara imkan yaradan müddəalar əsas meyar kimi götürülüb. Ümid edirik ki, bu fəsillərə saytın ekspertlərinin şərhləri ilə yanaşı, rəsmi mövqenin də yerləşdirilməsi oxuculara düzgün nəticə çıxarmağa imkan verəcək.

Kitabın üzərinə vergi qanunvericiliyi bazasına malik, xüsusi proqram təminatlı, axtarış rejimli disk yerləşdirilib ki, bu da istənilən normativ hüquqi aktda lazımı söz, söz birləşməsi və cümlənin asan və tez tapılmasına şərait yaradır. Diskin texniki imkanları nəzərə alınaraq, ora kitabla müqayisədə daha çox normativ hüquqi akt yerləşdirilib.

Həmişəki kimi ünvana ödənişsiz çatdırma və daimi müştərilərimizə qiymət endirimi nəzərdə tutulub.

Sifarişlər (012) 564 86 85 və (050) 368 12 72 nömrəli telefonlarla qəbul olunur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər