Mənzil xərclərinin gəlirdən çıxılması ilə bağlı 2 tələb hansıdır? (Misalla izah)

Mənzil xərclərinin gəlirdən çıxılması ilə bağlı 2 tələb hansıdır? (Misalla izah)

Satışı davam edən "Vergi Məcəlləsi 2025" kitabından seçmə

Nazirlər Kabinetinin 492 saylı qərarına əsasən, işçilərlə bağlı vergi ili ərzində çəkilmiş mənzil (yaşayış mənzillərinin və fərdi yaşayış evlərinin kirayələnməsi) xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır.
Maddənin tələblərindən göründüyü kimi, mənzil xərci üçün iki limit müəyyən edilib:
- çəkilmiş mənzil (yaşayış mənzillərinin və fərdi yaşayış evlərinin kirayələnməsi) xərclərinin 50 faizi;
- əldə edilmiş illik gəlirin 1  faizindən çox olmaması şərtilə.
Mİsal 1. İşəgötürən 3000 manat əmək haqqı alan işçiyə aylıq 600 manat məbləğində kirayə xərci ödəyir. 1 yanvar 2024-cü il tarixə qədər işəgötürən tərəfindən gəlir vergisinin hesablanması 3 600 manat (3 000 manat (əmək haqqı) +  600 manat (kirayə haqqı)) üzərindən həyata keçirilirdi. Nazirlər Kabinetinin qərarında işçiyə nağdsız formada ödənilən kirayə xərcinin 50 faizi norma daxilində müəyyən edildiyi üçün işçinin aylıq gəliri 3 600 manat yox, 3 300 manat (3 000 manat (əmək haqqı) + 600 manat x 50 faiz (şərti norma)) müəyyən ediləcək. Həmçinin, aylıq 300 manat (600 manat (mənzil xərci) x 50 faiz) məbləğində xərcin gəlirdən çıxılmasına icazə veriləcək.
Mİsal 2. Vergi ödəyicisi işçi üçün aylıq ödənişi 10 000 manat olan mənzil kirayə edir. Vergi ödəyicinin illik gəliri 2 000 000 manatdır. İşəgötürənin 12 ay ərzində işçiyə görə ödədiyi və gəlirdən çıxılmasına icazə verilən mənzil xərci 60 000 manat (10 000 manat (aylıq kirayə haqqı) x 12 ay x 50 faiz) təşkil edir. Vergi ödəyicisinin ilik gəlirinin bir faizi 20 000 manatdır: 2 milyon manat (illik gəlir) x 1 faiz (Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən faiz). Bu zaman vergi ödəyicisi gəlirdən çıxılan xərc kimi 60 000 manatı yox, 20 000 manatı qeyd etməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər