Qarşı tərəfin riskli vergi ödəyicisi olması haqqında məlumatı əldə etmək vergi ödəyicisinin mütləq vəzifəsi hesab edilir? (Misallarla izah)

Qarşı tərəfin riskli vergi ödəyicisi olması haqqında məlumatı əldə etmək vergi ödəyicisinin mütləq vəzifəsi hesab edilir? (Misallarla izah)

Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024" kitabından seçmə

Vergi Məcəlləsinə əlavə edilən 16.1.11-14-cü maddəyə əsasən, təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun, habelə iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə həmin vergi ödəyicilərindən müvafiq təsdiqedici sənədlər əldə etmək vergi ödəyicisinin vəzifəsi hesab edilir.
Məcəlləsinin 15.1.15-4-cü maddəsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirdik. İndi isə vergi ödəyicisinin vəzifəsi ilə bağlı məsələlərə nəzər yetirək. Vergi Məcəlləsinin 16.1.11-14-cü maddəsində qeyd edilənlərlə vergi ödəyicisinin vəzifələri müəyyənləşdiriib. Bu səbəbdən də vergi ödəyicisi əməliyyat həyata keçirdiyi qarşı tərəflə bağlı tərəddüdləri olarsa, o zaman həmin vergi ödəyicisindən müvafiq məlumatlar əldə etməlidir.
Mİsal 1. Vergi ödəyicisi ofisinin təmiri məqsədilə tikinti materialları almalıdır. Əgər vergi ödəyicisinin əməkdaşlıq etmək istədiyi qarşı tərəflə bağlı tərəddüdləri varsa, o zaman həmin şəxsdən qanuni sahibliyində olan müvafiq malların mövcudluğu ilə bağlı təsdiqedici sənədlər tələb edə bilər.
Mİsal 2. Vergi ödəyicisi sayt dizaynını həyata keçirən qarşı tərəfdən sənədlər tələb edə bilər. Təbii ki, bu zaman artıq mallar yox, xidmətlə bağlı təsdiqedici sənədlər istəniləcək. Misal üçün, xidməti həyata keçirəcək şəxsin  iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə sertifikat, işçilərin sayı haqqında məlumat və s. sənədlər tələb oluna bilər.
İndi isə, Vergi Məcəlləsinin 16.1.11-4-cü maddəsi ilə bağlı 4 məqama aydınlıq gətirək.
Birinci məqam. Vergi ödəyicisi bütün əməliyyatlar üçün qarşı tərəfdən müvafiq sənədlər tələb etməyə bilər. Yəni vergi ödəyicisi təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən qarşı tərəfin riskli və ya əmtəəsiz əməliyyatlar həyata keçirməsi haqqında şübhəsi olarsa, müəyyən sənədlər tələb edə bilər.
İkinci məqam. Vergi Məcəlləsində hansı məbləğdə olan əməliyyatlar üzrə qarşı tərəfdən sənədlərin tələb edilməsi ilə bağlı hər hansı qeyd yoxdur. Yəni vergi ödəyicisi hətta kiçik məbləğli əməliyyatlar zamanı sənədlər tələb etmək hüququna malikdir.
Üçüncü məqam. Vergi ödəyicisinin sənədlərini tələb etdiyi qarşı tərəfin həmin sənədləri təqdim etməsi onun vəzifələrinə aid edilməyib. Misalımızda qeyd etdiyimiz halda vergi ödəyicisi tikini materialları alan zaman qarşı tərəfdən sənədlər təqdim etsə də, o, sənədləri verməkdən imtina edə bilər. Artıq bu halda vergi ödəyicisi həmin əməliyyatla bağlı baş verə biləcək riskləri öz üzərinə götürərək əməkdaşlıq edəcək. Amma mümkündür ki, vergi ödəyicisi qarşı tərəfin sənədləri təqdim etməməsi səbəbindən həmin əməliyyatdan imtina etsin.
Dördüncü məqam. Mümkündür ki, vergi ödəyicisi müvafiq sənədlər əldə etdiyi şəxslər sonradan əmtəəsiz əməliyyat aparsın. Misalımızı davam etdirək, tutaq ki, vergi ödəyicisi tikinti malları təqdim edən vergi ödəyicisindən həmin malların mövcudluğu haqda sənəd alıb, lakin sonradan vergi orqanı həmin şəxsin əmtəəsiz əməliyyat aparmasını aşkar edib. Bu zaman vergi ödəyicisinin qarşı tərəfdən təsdiqedici sənədlər alması belə onu əmtəəsiz əməliyyat üzrə risklərdən sığortalamır. Vergi orqanı tikinti materialların alınması zamanı əmtəəsiz əməliyyat aparılmasını müəyyən edərsə, vergi ödəyicisinin təsdiqedici sənədləri olmasına baxmayaraq Vergi Məcəlləsinin müvafiq maddələrinə uyğun məhdudlaşdırıcı tədbirlər (gəlirdən çıxılan xərc kimi tanınmaması, ƏDV-nin əvəzləşdirilməməsi və sair) tətbiq ediləcək.
Sonda qeyd edək ki, Vergi Məcəlləsinə əlavə edilən maddənin tətbiqi Nazirlər Kabinetinin təsdiq edəcəyi qaydanın qüvvəyə minməsindən sonra həyata keçiriləcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Fevraldan satışda

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IVnəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - Mart 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər