Millət vəkili Vüqar Bayramov:
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli: "Vergidən azadolmanın 200 manatdan 400 manata qaldırılmasının dövlət büdcə gəlirlərinə kifayət qədər təsiri var."
Minimum əməkhaqqı alanların vergidən azad olunması təklif edilir. “Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, dövlət sektorunda minimum əməkhaqqı alan vətəndaşlar üçün 200 manatlıq azadolma nəzərdə tutulsa da, özəl sektorda ümumiyyətlə, hər hansı azadolma təklif olunmur:
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli də vergidən azadolmanın 200 manatdan 400 manata qaldırılması məsələsinə münasibət bildirib: “Vergidən azadolmanın 200 manatdan 400 manata qaldırılması məsələsi qeyd olundu. O özəl sektorda qaldırılsa idi, sual yaranardı ki, niyə dövlət sektoruna tətbiq olunmur? Bu, daxildə müzakirə olunub, biz həmkarlarla müzakirə etmişik. Vergidən azadolmanın 200 manatdan 400 manata qaldırılmasının dövlət büdcə gəlirlərinə kifayət qədər təsiri var. Biz burada müəyyən balans tapmalıydıq”, - DVX rəisi bildirib.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın