
DƏMX-dən İnzibati Cərimə XƏBƏRDARLIĞI ! İşəgötürənin təyin etdiyi SƏTƏM mütəxəssisi bu ixtisas üzrə təhsil almalıdır
Dövlət qurumu işəgötürənin SƏTƏM mütəxəssisi ilə bağlı kənarlaşmasını ƏMAS altsistemi vasitəsiylə müəyyən edir
Dövlət Əmək Müfəttişliyi Xidməti bəzi işəgötürənlərə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə (SƏTƏM - Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) təyin edilən işçinin ixtisasının uyğun olmaması barədə xəbərdarlıq edib. Xəbərdarlıq məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1999-cu il 16 fevral tarixli, 6-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair tövsiyələr”ə əsasən bir qayda olaraq, əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə mühəndis ixtisası olan şəxslər təyin edilə bilər. Dövlət qurumu ƏMAS altistemindən əldə etdiyi məlumata əsasən işəgötürənin SƏTƏM mütəxəsisinin mühəndis ixtisası olmayan şəxs olub-olmadığını müəyyən edir. Dövlət qurumu kənarlaşma aşkar edildiyi halda aşağıdakı formada xəbərardarlığı ƏMAS altsistemi vasitəsiylə işəgötürənə göndərir:
"Hörmətli İşəgötürən!
Bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 223-cü maddəsinə əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində işçilərin sayı əlli nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaradılmalıdır. Əməyin mühafizəsi xidmətinin tərkibinə əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını mükəmməl bilən mütəxəssislər daxil edilir. İşçilərinin sayı əlli nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, işçilərinin sayı beş yüz nəfərdən artıq olduqda isə müəssisə rəhbərinin (baş mühəndisinin) əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edilir. Min nəfərdən çox işçinin çalışdığı müəssisələrdə sənaye-sanitariya laboratoriyası təşkil olunur, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1999-cu il 16 fevral tarixli, 6-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair tövsiyələr”ə əsasən bir qayda olaraq, əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə mühəndis ixtisası olan şəxslər təyin edilə bilər. Ali təhsili olan, lakin əməyin mühafizəsi üzrə xüsusi təlim keçməyən şəxslər, vəzifə borclarının icrasına kimi müəssisənin vəsaiti hesabına ali təhsil məktəblərinin əməyin mühafizəsi üzrə mühəndis ixtisası verən kadrların yenidən hazırlanması üzrə fakültələrdə təhsil almağa göndərilməlidirlər.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar əsasında müəssisənizdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə müvafiq ixtisası olmayan şəxslərin təyin edildiyi məlum olmuşdur.
Yuxarıda göstərilənləri nəzərə alaraq müəssisənizdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə yalnız mühəndis ixtisasına malik şəxs(lər)in təyin olunmasının təmin edilməsi, ali təhsili olan, lakin əməyin mühafizəsi üzrə xüsusi təlim keçməyən şəxslərin isə vəzifə borclarının icrasına kimi qanunvericiliyə uyğun şəkildə təhsil almağa göndərilməsi tələb olunur.
Qeyd olunanları nəzərə alaraq görüləcək tədbirlər barədə məlumatın 15 iş günü müddətində Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim edilməsi tələb olunur.
Qeyd:
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir."
2025-ci il tarixdə həyata keçirilən tematik təlimlərin videosunu 20 manatdan başlayaraq endirimli qiymətlə əldə etmək imkanı
Təlimin videosunu əldə edən həmkarımıza təqdimatlar, materiallar və təlimin sertifikatı da təqdim edilir.
Təlimlərin videolarini endirimli qiymətlə əldə etmək üçün 050 368 12 72 saylı telefonla (what's app da aktivdir) və ya mksacademy2022@gmail.com email adressi ilə əlaqə saxlamağınız kifayətdir
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın