ƏLA YENİLİK! İşəgötürən işçi ilə bağlı digər sənədləri də ƏMAS altsistemində imzalatdıra biləcək
MKS Academy tərəfindən 1 noyabr 2025-ci il tarixdə "Əmək haqqının uçotu: A-dan Z-yə" mövzusunda tematik təlim keçiriləcək. Tematik təlimdə əmək haqqı ilə bağlı məlumatların əmək müqaviləsində qeyd edilməsindən başlayaraq 2026-cı ildə yeni qayda ilə hesablanması da izah olunacaq. Təlimdə həmçinin ƏMAS altsistemində edilən dəyişiklik haqqında da məlumat veriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (what's app aktivdir) telefonla və mksacademy2022@gmail.com emaillə əlaqə saxlamaq lazımdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ƏMAS altsistemində yeni funksionallıq yaradılıb. İşəgötürən əmək münasibətləri çərçivəsində yalnız əmək müqaviləsini deyil, həmçinin digər hüquqi sənədləri də sistem üzərindən rəqəmsal qaydada imzalamaq imkanına malik olacaq. ƏMAS altsistemində "İşəgötürən və işçi arasında rəsmi yazışmalar" bölməsində "işçiyə imzalanması üçün sənədlərin göndərilməsi" altbölməsi yaradılıb:

Həmin bölməyə daxil olduqdan sonra 3 menyu təqdim edilir:

İşəgötürən tərəfindən işçiyə imzalanacaq sənədi göndərmək üçün "qeydiyyata al" düyməsini sıxılmalıdır. Bu zaman açılan pəncərədə işçiyə göndəriləcək sənəd seçməlidir:

İşəgötürən tərəfindən seçilən müvafiq sənəd işçiyə imzalanmaq üçün göndəriləcək. İşçi tərəfindən sənədin imzalanması gücləndirilmiş elektron imza (Sima, Asan imza və ya elektron imza) vasitəsiylə həyata keçirməlidir.
Qeyd edək ki, ƏMAS altsistemində edilən yenilik Əmək Məcəlləsinin 200-ci maddəsinin tələblərinə əsasən tətbiq edilib. Həmin maddəyə görə işəgötürən iş prosesində ona etibar edilən əmlak və digər maddi sərvətlərlə bağlı məsuliyyət daşıyan, bu sərvətlərin saxlanması, emalı, satışı, daşınması və istifadəsi kimi əməliyyatlarda iştirak edən 18 yaşına çatmış işçilərlə tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlaya bilər. Həmçinin işəgötürənlər yeni funksionallıq sayəsində bu kimi sənədlərin (tam maddi məsuliyyət müqaviləsinin, informasiya texnologiyaları üzrə təhlükəsizlik müqaviləsinin, öhdəlik müqaviləsinin və digər əlavə sənədlərin) elektron imzalanması mümkündür. Dövlət qurumunun açıqlamasında da qeyd edilir ki, ƏMAS altsistemində yenilik işəgötürən və işçi arasında sənəd dövriyyəsini asanlaşdırmaqla yanaşı, əmək münasibətlərində rəqəmsallaşmanın daha da genişlənməsinə, şəffaflıq və hüquqi məsuliyyətin təmin olunmasına xidmət edir.
Qeyd edək ki, ƏMAS altsistemində edilən yenilik barədə 1 noyabr 2025-ci il tarixdə keçiriləcək tematik təlimdə geniş məlumat veriləcək. Təlimdə iştirak üçün 050-368-12-72 saylı (what's app aktivdir) telefonla və mksacademy2022@gmail.com emaillə əlaqə saxlamaq lazımdır.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın