Vergi ödəyiciləri avans üzrə yeni elektron qaimə-faktura necə təqdim etməlidirlər? (4 VACİB MƏQAM)

Vergi ödəyiciləri avans üzrə yeni elektron qaimə-faktura necə təqdim etməlidirlər? (4 VACİB MƏQAM)

Satışına START verilən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024" kitabından seçmə

Təcrübədə rast gəlinən problemlərdən biri də avans ödənişləri zamanı elektron qaimə-fakturanın tələb edilməsidir. Vergi ödəyicisi qarşı tərəfdən ona avans ödənilməsini tələb etdikdə, qarşı tərəf həmin bəndin müqavilədə olmasını mütləq tələb kimi qoyurdu. Bəzi vergi ödəyiciləri qarşı tərəfə bütün növ, o cümlədən avans ödənişlərinin yalnız elektron qaimə-faktura üzrə həyata keçirə biləcəyini bildirirdi.
Vergi orqanı tərəflər arasında avans ödənişi zamanı bu cür problemlərin yaranmaması, həmçinin avans ödənişlərinə nəzarət baxımdan 1 yanvar 2024-cü il tarixdən yeni elektron qaimə-fakturanın tətbiq edilməsinə qərar verib.
Vergi Məcəlləsinə əlavə edilən 71-1.5.12-ci maddəyə əsasən, yeni elektron qaimə-faktura “Alınmış avans ödənişləri barədə” adlanır. Avans ödənişləri zamanı göndərilən elektron qaimə-faktura ilə bağlı bəzi vacib məqamları qeyd etmək istərdik.
Birinci məqam. Avans ödənişləri üzrə elektron qaimə-fakturanın göndərilmə vaxtı avansın alındığı gündür.
Mİsal. Vergi ödəyicisi qarşı tərəfdən 20 aprel 2024-cü il tarixdə avans ödəmək tələb edirsə, o zaman həmin tarixdə “Alınmış avans ödənişləri barədə” adlı elektron qaimə-fakturanı göndərməlidir.
İkinci məqam. “Alınmış avans ödənişləri barədə” elektron qaimə-fakturanın gec təqdim edilməsinə görə Vergi Məcəlləsində maliyyə sanksiyası nəzərdə tutulmayıb.
Mİsal.  Vergi ödəyicisi qarşı tərəfə avans ödənişlər üzrə elektron qaimə-fakturanı 10 yanvar 2024-cü il üzrə təqdim etsə də, avans ödənişi 9 yanvar 2024-cü il tarixdə qəbul olunub. Bu zaman vergi orqanı tərəfindən avans ödənişləri üzrə elektron qaimə-fakturanın gec təqdim edilməsi üzrə hər hansı maliyyə sanksiyası tətbiq edilməyəcək.
Üçüncü məqam. Avans qaimə-fakturanın yalnız ƏDV ödəyiciləri tərəfindən təqdim olunması nəzərdə tutulmur. Bəzi həmkarlar hesab edirlər ki, avans ödənişlər üzrə ƏDV öhdəliyi yarandığı üçün yalnız ƏDV ödəyiciləri həmin sənəddən istifadə etməlidir. Amma istənilən mükəlifiyyətə malik olanlar, o cümlədən sadələşdirilmiş və ya ƏDV ödəyicisi olmayan mənfəət (gəlir) vergisi ödəyiciləri də avans ödənişlər üzrə elektron qaimə-fakturadan istifadə etməlidir.
Dördüncü məqam. Avans ödənişləri üzrə elektron qaimə-faktura təqdim edilməsi malların təqdim edilməsi anlamına gəlmir.
Mİsal. Vergi ödəyicisi 2024-cü ilin aprel ayında təqdim edəcəyi 30 000 manatlıq mallar üzrə həmin ilin mart ayında 40 faizi həcmində, yəni 12 000 manat məbləğində elektron qaimə-faktura təqdim edib. Bu zaman vergi ödəyicisi aprel ayında malları təqdim edəndə 18 000 manat (30 000 manat (təqdim ediləcək malların dəyəri) – 12 000 manat (avans məbləği)) yox, təqdim edilən malların dəyəri – 30 000 manat məbləğində “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura təqdim edəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - artıq satışda

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr)

3. A-dan Z-yə: Kargüzarlıq

4. Əmək Qanuvericiliyi Toplusu 2023

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - 22 yanvar 2024-cü il tarixdən satışda

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - 25 yanvar 2024-cü il tarixdən satışda

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

8. Əmək Bələdçisi - 2024 - 25 yanvar 2024-cü il tarixdən satışda

9. Əmək Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

10.  Vergi Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IVnəşr)  1 fevral 2024-cü il tarixdən satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - 1 mart 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - 1 aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər