ƏDV-nin bəyan edilməsi üçün ödəniş tam ödənilməlidir?

ƏDV-nin bəyan edilməsi üçün ödəniş tam ödənilməlidir?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Vergi ödəyicisini maraqlandıran məsələlərdən biri də, ödənişin qismən ödənildiyi hallarda ƏDV-nin necə bəyan olunmasıdır. Vergi Məcəlləsinin 166.5-ci maddəsinə əsasən, vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır.
Maddənin tələbini misalla izah edək.
Misal. ƏDV ödəyicisi olan hüquqi şəxs 17 fevral 2020-ci il tarixdə 6.000 manatlıq malı qarşı tərəfə təqdim edib. Qarşı tərəf malların dəyərini iki ödəniş tarixində nağd və ya bank vasitəsilə ödəyib: 3.500 manatlıq və 2.500 manatlıq ödənişlər müvafiq olaraq 26 fevral və 2 mart 2020-ci il tarixlərində daxil olub. 
Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat kimi həyata keçirilmiş sayılır. Bu səbəbdən də vergi ödəyicisi 630 manatlıq (3 500 manat x 18%) və 450 manatlıq (2 500 manat x 18%) ƏDV məbləğini müvafiq olaraq fevral və mart aylarının bəyannamələrində bəyan edəcək.
Misaldan göründüyü kimi, malların təqdim olunması zamanı ödənişlərin qismən daxil olduğu zaman hər ödənişə ayrıca vergitutma obyekti kimi baxılmalıdır. 

Satışda olan YENİ nəşrlərimiz:

 

0 Komment

    Şərh yazın

    Xəbərlər