Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

İşçiyə minimum əmək haqqının müəyyənləşdirilməsi zamanı 3 vacib məqam

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 01 İyun 2023

İşçiyə minimum əmək haqqının müəyyənləşdirilməsi zamanı 3 vacib məqam

Satışı yekunlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Əmək haqqının maksimum həddi müəyyənləşməsə də, minimum məbləği müəyyən edilib. Əmək Məcəlləsinin 155-ci maddəsinə əsasən, minimum əmək haqqı iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

Həmin maddənin üçüncü hissəsində qeyd edilir ki, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş  minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.

Qeyd edək ki, minimum əmək haqqı 1 yanvar 2023cü il tarixdən etibarən 345 manat müəyyən edilib. İndi isə əmək qanunvericiliyinə əsasən, minimum əmək haqqı ilə ilə bağlı vacib məqamları nəzərdən keçirək:

Birinci məqam. Minimum əmək haqqı yalnız ixtisassız işçilərə verilə bilər.

Misal üçün, işəgötürən tərəfindən aylıq iş normasını işləyən mühasibə 345 manat əmək haqqı müəyyən edilməsi məqsədəuyğun hesab edilmir.  Çünki mühasib vəzifəsiz və ixtisassız əməyin sıyahısına aid edilmir. Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış məşğulluq təsnifatına əsasən, “ixtisassız işçilər” təsnifatının açıqlaması aşağıdakı kimidir:

 “O peşələr daxil edilir ki, onlarda əl alətlərindən istifadə etməklə əsas etibarilə sadə təkrar olunan, bəzən xeyli fiziki qüvvə tələb edən, kiçik müstəsnalıqla, məhdud sərbəstliklə vəzifələrin yerinə yetirilməsi üçün lazım olan bilik və təcrübənin olması tələb olunur. Başlıca vəzifələr malların küçələrdə satılmasından, qapıçı və gözətçi funksiyalarının yerinə yetirilməsindən, habelə təmizləmədən, paltar yumaqdan, ütüləməkdən, hasilat sənayesində, kənd təsərrüfatında, balıq tutulmasında, tikintidə və ya sənət emalatxanalarında qeyri-ixtisas işlərinin yerinə yetirilməsindən ibarətdir.” 

Nümunə kimi satıcı, gözətçi, kuryer və ya qeydiyyatçı kimi vəzifələri göstərmək olar.

İkinci məqam. Aylıq iş vaxtı normasını işləmiş işçilər minimum əmək haqqından az əmək haqqı ala bilməz.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər ilin sonunda növbəti il üçün istehsalat təqvimi və iş norması vaxtını təsdiqləyir. Misal üçün, 2023-cü ilin fevral ayı üzrə iş norması 160 saat müəyyən edilib. İşəgötürənin “ixsisasız işçi” kateqoriyasına aid edilən işçi ilə bağladığı əmək müqaviləsinə uyğun olaraq, o, 80 saat işləsə və aylıq əmək haqqı 200 manat təşkil etsə, bu, qanun pozuntusu hesab olunmayacaq. Çünki işçi iş vaxtı normasını tam yerinə yetirməyib və iş normasına əsasən müəyyən edilən əmək haqqı işlənilmiş iş vaxtı normasından yüksəkdir. 160 saata uyğun minimum əmək haqqı 345 manat, 80 saata düşən əmək haqqı isə 172,50 manat təşki etdiyi halda işçiyə aylıq 200 manat əmək haqqı hesablanıb.

Üçüncü məqam. Minimum əmək haqqı müəyyənləşdirilərkən digər gəlirlər nəzərə alınmır.

Aylıq iş vaxtı normasını yerinə yetirən işçinin əmək haqqı 300 manat olsa da, əmək haqqına aylıq 40 manat əlavə və 30 manat mükafat hesablanır. İşçinin yekun əmək haqqı 370 manat təşkil edir. Bu məbləğ minimum əmək haqqıdan yüksək olsa da, bu cür hesablama qanunvericiliyin tələbinə ziddir. Çünki Əmək Məcəlləsinin 155-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023 - YENİ

2. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023

3. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

4. Əmək Qanunvericiliyi Toplusu 2023

5. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

6. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

7. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

8. Mühasibat uçotu 2022

9. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    24 İyul 202609:30

    Dövlət qurumundan xəbərdarlıq: 48 saat ərzində imzalanmayan əmək müqaviləsi ləğv olunacaq

    22 İyul 202617:04

    ƏMAS-da yenilik: Kağız ezamiyyə vərəqələrinə son

    Populyar məqalələr

    20 İyul 202615:30

    YENİ TƏLƏB! ƏMAS Platformasında bu halda hazırladığınız müqavilələr avtomatik LƏĞV EDİLƏCƏK

    08 İyul 202615:29

    DİQQƏT! İşəgötürənlər üçün sağlamlıq haqqında tibbi arayış və narkoloji müayinə rəyi ilə bağlı yeni inzibati cərimələr təsdiq edildi

    01 İyul 202608:29

    ŞAD XƏBƏR! ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürə biləciyik

    22 İyul 202617:04

    ƏMAS-da yenilik: Kağız ezamiyyə vərəqələrinə son

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Sosial

    Dövlət qurumundan xəbərdarlıq: 48 saat ərzində imzalanmayan əmək müqaviləsi ləğv olunacaq.

    • 24 İyul 2026

    Sosial

    ƏMAS-da yenilik: Kağız ezamiyyə vərəqələrinə son.

    • 22 İyul 2026

    Məqalələr

    YENİ TƏLƏB! ƏMAS Platformasında bu halda hazırladığınız müqavilələr avtomatik LƏĞV EDİLƏCƏK.

    • 20 İyul 2026

    Sosial

    DİQQƏT! İşəgötürənlər üçün sağlamlıq haqqında tibbi arayış və narkoloji müayinə rəyi ilə bağlı yeni inzibati cərimələr təsdiq edildi.

    • 08 İyul 2026

    Vergi işi

    ŞAD XƏBƏR! ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürə biləciyik.

    • 01 İyul 2026

    Məqalələr

    ƏLA XƏBƏR! Artıq işçilərinizin neçə gün əsas və əlavə əmək məzuniyyətinə malik olduğu ƏMAS Platformasında siyahı şəklində təqdim edilir.

    • 24 İyun 2026

    Məqalələr

    ƏLA DƏYİŞİKLİK! ƏMAS Platformasında həmkarların gözlədiyi bölmə əlavə edilir.

    • 23 İyun 2026

    Məqalələr

    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?.

    • 22 İyun 2026

    Vergi işi

    İnformasiya texnologiyaları sahəsində çalışan hansı mütəxəssislər 20 il müddətində gəlir vergisindən azaddırlar?.

    • 19 İyun 2026

    Məqalələr

    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əmək haqqı müqayisəsi həyata keçirilməlidirmi?.

    • 16 İyun 2026

    Məqalələr

    İşçiyə edilən hansı ödənişlər muzdlu işlə əlaqədar fəaliyyətdən əldə olunan gəlirə daxil edilir? (4 misalla izah).

    • 12 İyun 2026

    Vergi işi

    ƏLA XƏBƏR! ƏDV Depozit hesabından sosial ayırmalar üzrə ödənişləri edə biləcəyik?.

    • 11 İyun 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur