Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Ezamiyyə xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 30 May 2023

Ezamiyyə xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (VII nəşr) kitabından seçmə

Xərclərə keçməmişdən öncə qeyd edək ki, qanunvericilikdə vergi ödəyicisinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən xidməti tapşırığı yerinə yetirmək üçün müəyyən olunmuş müddətə başqa yerə  getməsi xidməti ezamiyyət sayılır. Təcrübədə rast gəlinir ki, təsisçiyə və ya xidmət müqaviləsi ilə fəaliyyət göstərən şəxsə ezamiyyə xərci hesablanır. Bu düzgün deyil, cünki ezamiyyə yalnız işçiyə ödənilən məbləğdir.

Ezamiyyə məbləğinin gəlirdən çıxılmasına gəlincə isə, Vergi Məcəlləsinin 109.7-ci maddəsinə əsasən, faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır.

Məcəllədə “norma” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli qərarı ilə təsdiq edilən həm respublika daxili, həm də xarici ezamiyyə normaları nəzərdə tutulur. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat müəyyən edilib. Həmçinin qərarda qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı  27 yanvar 2021-ci il tarixli, 13 saylı qərarla “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə qədər Nazirlər Kabinetinin 14 saylı qərarının 1-1-ci hissəsində qeyd edilirdi ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir. Yeni qərarla 14 saylı qərarın 1-1-ci hissəsi ləğv edilib.

Dəyişiklikdən sonra, yəni 2021-ci ilin 27 yanvar tarixindən sonra hesablamalarda dəyişikliklər olub. 

Misal. İşçi 2021-ci ilin 5 yanvar tarixindən Gəncə şəhərinə 2 günlük ezam olunduqda, işəgötürən tərəfindən ona  84 manat (70 manat (1 günlük norma) + 14 manat ((70 manat x 20 faiz (2-ci gün üçün yalnız gündəlik xərc)) ödənilirdi. İşçi mehmanxana xərci ilə bağlı təsdiqedici sənəd təqdim etmədiyi halda o, 28 manatı, yəni, 56 manatlıq mehmanxana xərcininin yarısını ((70 manat x 80 faiz) x 50 faiz) geri qaytarırdı.

Dəyişiklikdən sonra isə, işçi Gəncə şəhərinə 2 günlük ezam olunduqda, işəgötürən tərəfindən ona  84 manat  (70 manat (1 günlük norma) + 14 manat ((70 manat x 20 faiz (2-ci gün üçün yalnız gündəlik xərc)) ödənilir. İşçi mehmanxana xərci üçün təsdiqedici sənəd təqdim etməsə belə, hər hansı məbləği geri qaytarmır.

Dəyişikliyin müsbət cəhəti odur ki, işçinin ezam olunduğu ərazidə oteldə qalması mütləq tələb sayılmır və işəgötürən işçidən ezamiyyə normasına daxil edilən gündəlik xərclərlə yanaşı, mehmanxana xərci üçün də təsdiqedici sənəd tələb edilmir.

1 yanvar 2022-ci il tarixdən Vergi Məcəlləsinə əlavə olunan 108.4-cü maddəyə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.

Göründüyü kimi, Vergi Məcəlləsinə müvafiq düzəliş edilməsinin səbəbi öncəki səhifələrdə qeyd etdiyimiz Nazirlər Kabinetinin 13 saylı qərarıdır. Vergi orqanı hesab edir ki, ezamiyyə zamanı mehmanxana xərci üzrə təsdiqedici sənədlərin tətbiq edilməməsi vergi ödəyiciləri tərəfindən “yalançı” ezamiyyətlərin artmasına səbəb olur. Ezamiyyə normalarının tam məbləğdə gəlirdən çıxılan xərclərə aid edilməsi mənfəət (gəlir) vergisinin azalmasına səbəb olurdu.

Bu səbəbdən də vergi orqanı ezamiyyə normaları ilə bağlı dəyişiklik həyata keçirərək vergidən çıxılan xərclər baxımından Nazirlər Kabinetinin 13 saylı qərarından öncəki tələbi eyniləşdirdi. İşçi ezamiyyə zamanı mehmanxana xərci ilə bağlı təsdiqedici sənəd təqdim edə bilməzsə, o zaman vergi ödəyicisi mehmanxana xərcinin yalnız 50 faizini gəlirdən çıxılan xərclərə aid edə biləcək.

Zəruri qeyd: Gündəlik xərclər üçün hər hansı təsdiqedici sənədlər tələb olunmur, yəni nahar üçün restoran çeki və ya mədaxil qəbzi almağa ehtiyac yoxdur.

Qeyd edək ki, həm ezamiyyə normaları, həm də ezamiyyə qaydaları ilə bağlı qanunvericilik aktları kitabın üzərindəki CD diskdə yerləşdirilib.


Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022
9. Vergi Məcəlləsi. Ümimi hissənin izahı - YENİ

0 Komment

    Şərh yazın

    Son məqalələr

    23 İyun 202609:10

    ƏLA DƏYİŞİKLİK! ƏMAS Platformasında həmkarların gözlədiyi bölmə əlavə edilir

    22 İyun 202609:05

    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?

    Populyar məqalələr

    01 İyun 202608:39

    Hansı halda işçini işə qəbul etdikdə narkoloji müayinə tələb ediləcək? (YENİ)

    26 May 202610:26

    ƏMAS Platformasında YENİLİK! Qismən sosial ödənişli məzuniyyət əmri ilə bağlı MƏHDUDİYYƏT

    23 İyun 202609:10

    ƏLA DƏYİŞİKLİK! ƏMAS Platformasında həmkarların gözlədiyi bölmə əlavə edilir

    03 İyun 202608:55

    İşçi istifadə edilməmiş məzuniyyətə görə kompensasiya aldıqda, gəlir vergisi necə hesablanacaq?

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    ƏLA DƏYİŞİKLİK! ƏMAS Platformasında həmkarların gözlədiyi bölmə əlavə edilir.

    • 23 İyun 2026

    Məqalələr

    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?.

    • 22 İyun 2026

    Vergi işi

    İnformasiya texnologiyaları sahəsində çalışan hansı mütəxəssislər 20 il müddətində gəlir vergisindən azaddırlar?.

    • 19 İyun 2026

    Məqalələr

    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əmək haqqı müqayisəsi həyata keçirilməlidirmi?.

    • 16 İyun 2026

    Məqalələr

    İşçiyə edilən hansı ödənişlər muzdlu işlə əlaqədar fəaliyyətdən əldə olunan gəlirə daxil edilir? (4 misalla izah).

    • 12 İyun 2026

    Vergi işi

    ƏLA XƏBƏR! ƏDV Depozit hesabından sosial ayırmalar üzrə ödənişləri edə biləcəyik?.

    • 11 İyun 2026

    Məqalələr

    12 aydan az müddətdə işləyənlər üçün əmək məzuniyyətinin hesablanmasında hansı dəyişiklik tətbiq edildi? (Misalla izah).

    • 11 İyun 2026

    Məqalələr

    Məzuniyyət zamanı niyə həmişə “sonuncu əmək haqqı” anlayışı tətbiq edilməlidir?.

    • 10 İyun 2026

    Məqalələr

    Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması ilə bağlı hansı fərqli yanaşma oldu?.

    • 09 İyun 2026

    Məqalələr

    İşəgötürənin vergi sirrini yaymaq halında əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə xitam veriləcək?.

    • 08 İyun 2026

    Məqalələr

    Distant iş forması əmək şəraitinin əlavə şərti hesab olunacaq? (3 VACİB MƏQAM).

    • 05 İyun 2026

    Məqalələr

    Hansı hallarda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz əvəzinə 6 faiz vergi ödəyəcəklər?.

    • 04 İyun 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur