Məlumatların ƏDV bəyannaməsində əks etdirilməsi necə həyata keçirilir?

Məlumatların ƏDV bəyannaməsində əks etdirilməsi necə həyata keçirilir?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

ƏDV bəyannaməsinə əsasən ƏDV ilə bağlı əməliyyatlar dövriyyəsi beş qrup üzrə formalaşır:
- ƏDV tutulan dövriyyə;
- ƏDV tutulan əməliyyat sayılmayan dövriyyə;
- ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunan dövriyyə;
- ƏDV-dən azad olunan dövriyyə;
- Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ticarət əlavəsi üzrə dövriyyə.
İlk iki dövriyyə haqqında məlumatlar bəyannamənin 3 saylı Əlavəsində qeyd edilir. ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunan dövriyyə, ƏDV-dən azad olunan dövriyyə haqqında göstəricilər müvafiq olaraq bəyannamənin 3-cü, 4-cü və 2-ci əlavəsində qeyd edilir.
Əvvəlcə ƏDV tutulan dövriyyə üzrə göstəricilərin bəyananmədə qeyd edilməsi haqqında məlumat verək. Bəyannamənin müvafiq bölməsi 3 sütundan ibarətdir: Göstəricilər, təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) və daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan). Bəyannamənin bu bölməsinin tərtibi zamanı əsasən Vergi Məcəlləsinin 166-ci maddəsinin tələbləri gözlənilib. Bundan əlavə, bölmənin ilk hissəsindəki məlumatlar iki yerə bölünür:
Malların təqdim edilməsi üzrə əməliyyatlar;
İşlərin görülməsi və xidmətlərin təqdim edlməsi ilə bağlı əməliyyatlar.
Yəni Vergi Məcəlləsinin 166-ci maddəsinin tələbləri malların təqdim edilməsi və işlərin görülməsi ilə bağlı olduqda hər ikisi ayrılıqda təqdim edilir. Misal üçün, işçiyə əmək haqqı əvəzinə verilən mallar 301.1.1.2-ci sətirdə, əmək haqqı əvəzinə xidməti göstərilməsi halı isə 301.2.2.2-ci sətirdə qeyd olunacaq. 
Bundan əlavə, fəaliyyət sahəsinə görə məlumatların da ayrıca qeyd edilməsi tələb edilir. Misal üçün, malların təqdim edilməsi topdansatış, pərakəndə ticarət və elektron ticarət fəaliyyəti üzrə həyata keçirilibsə, bu haqda göstəricilər ayrıca sətirlərdə qeyd ediləcək. 
“ƏDV  tutulan əməliyyat sayılmayan dövriyyə” üzrə məlumat 3 saylı əlavənin ikinci hissəsində qeyd edilir. Həmin bölmə iki sütundan ibarətdir: Göstəricilər və əməliyyatların məbləği.
Bu bölmədə göstəricilər məlumat xarakterli təqdim edilir və bəyananmənin digər göstəricilərinə hər hansı təsiri yoxdur. Misal üçün, fərdi sahibkarın icarə fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab edildiyi üçün həmin əməliyyatlar üzrə məbləğlər bu bölmədə əks olunur. Digər misal: vergi ödəyicisinin torpaq sahələrinin təqdim edilməsi də həmin bölmədə əks olunacaq. 
ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunan dövriyyə haqqında məlumatlar isə 4 saylı əlavədə əks olunur.  Həmin əlavədə Vergi Məcəlləsinin 165-ci maddəsi üzrə məlumatların ayrıca təqdim edilməsində məqsəd bəzi əməliyyatların təsdiq edilməsi üçün təsdiqləyici sənədlərin tələb olunmasıdır. Misal üçün, ƏDV ödəyicisi qarşı tərəfin sertfikatı əsasında əməliyyatı ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edibsə, o zaman həmin sertifikat haqqında məlumatları bəyannamənin 8 saylı əlavəsində qeyd etməlidir. 
ƏDV-dən azad olunan əməliyyatlara gəlincə isə, 5 saylı əlavədə Vergi Məcəlləsinin 164-cü maddəsi üzrə ƏDV-dən azad olunan əməliyyatlar əks etdirilir. Qeyd edilən bölmədə məlumatların digər göstəricilərə təsir imkanları mövcuddur. Cünki ƏDV-nin əvəzləşdirilməsi zamanı xüsusi çəkinin müəyyən olunmasında ƏDV-dən azad olunan əməliyyatlar üzrə məbləğlər nəzərə alınır.
Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı isə ticarət əlavəsi üzrə dövriyyə ilə bağlı məlumatlar əks etdirilir. Qeyd edək ki, 1 yanvar 2023-cü il tarixə kimi 2 saylı Əlavədə hər məhsul üzrə məlumatların ayrıca qeyd edilməsi tələb olunurdu ki, bu da təcrübədə kifayət qədər problemlərə yol açırdı. Çünki qarşı tərəf elektron qaimə-faktura üzrə ödənişi qismən həyata keçirdiyi zaman həmin məbləğin mallar üzrə bölgüsünü müəyyənləşdirmək kifayət qədər vaxt itkisinə səbəb olurdu. 2023-cü ilin yanvar ayında bəyannaməyə edilən dəyişiklik nəticəsində 2 saylı Əlavə üzrə məlumatlar iki hissədə – “2023-cü ildən əvvəl” və “2023-cü ildən sonra” bölmələri üzrə təqdim edilməyə başladı.

0 Komment

    Şərh yazın

    Xəbərlər