“Vergi riskləri” Panel Müzakirəsi

“Vergi riskləri” Panel Müzakirəsi

11 mart 2023-cü ildə ölkəmizdə ilk dəfə ”Rəqəmlərin ritmi” konsept mesajı ilə baş tutmuş “Vergi və Mühasibatlıq Zirvəsi” 300-dən çox şirkətin 500-dən çox əməkdaşının iştirakı ilə keçirilib. Bir çox yeniliklərlə yadda qalan, iştirakçıların pozitiv rəylərini alan tədbir 3 fərqli formatlı 4 paneldən ibarət olub. “Vergi və Mühasibatlıq Zirvəsi”nin sonuncu – 4-cü paneli “Vergi riskləri” adlanırıb. Panel vergi sahəsinin tanınmış 7 nəfər ekspertinin spikerliyi ilə baş tutub. Təşkilatçılar tərəfindən “Vergi riskləri” paneli üçün yeni bir format seçilmişdi – panel başdan sona sual-cavab formatında idi. İştirakçıların birbaşa və onlayn qaydada ünvanladığı suallar moderator tərəfindən spikerlərə ünvanlanaraq onlardan cavablar alınırdı. 90 dəqiqədən artıq davam edən paneldə səsləndirilən suallar və verilmiş cavablar tədbirdən sonra iqtisadi gündəmdə geniş əksini tapıb və çoxlu müzakirələrə səbəb olub. “Vergi və Mühasibatlıq Zirvəsi” başa çatdıqdan sonra tədbir iştirakçılarından “Vergi riskləri” panelinə daha çox vaxt ayrılmasının arzuolunan və aktual olması barədə rəylər gəlməyə başladı. Tədbir təşkilatçılarının apardığı araşdırma ilə məlum oldu ki, iştirakçıların xeyli sayda səsləndirmədiyi sualları vaxt məhdudiyyətindən yığılıb qalıb. Bununla da, “Vergi riskləri” panelinə daha çox vaxt ayrılmaqla ayrıca tədbir kimi keçirilməsi qərara alınıb.

Beləliklə, 20 may 2023-cü il, saat 10:00-14:00-dək yalnız sual-cavab formatında “CinemaPlus Gənclik Mall”da “Vergi riskləri” Panel Müzakirəsi adlı tədbir keçiriləcək. Tədbirin konsept mesajının “Vergi və Mühasibatlıq Zirvəsinin 1 saylı əlavəsi” olması nəzərdə tutulub. “1 saylı əlavə” sloqanının seçilməsi bu terminin uçot sahəsinin mütəxəssisləri üçün “doğma” olmasından, Panel Müzakirəsinin “Vergi və Mühasibatlıq Zirvəsi”nin davamı olmasından və bu kimi tədbirlərin davamlı olacağı mesajının verilməsindən irəli gəlir. Panel Müzakirəsi zamanı iştirakçıları maraqlandıran suallar spikerlər tərəfindən cavablandırılacaq, vergi sahəsinin aktual məsələləri müzakirə olunacaq. Əsas məqsəd isə dinamik biznes mühitində vergi risklərinin minimuma endirilməsi, vergi qanunvericiliyinin tələblərinin doğru izahı və vergi uçotunun düzgün qurulması üçün fikir mübadiləsi və maarifləndirmədir. Tədbir zamanı tanınmış ekspertlər 4 saat ərzində öz bilik və təcrübələrini iştirakçılarla bölüşəcək, 300-dək mütəxəssis və rəhbər şəxslərin sualları cavablandırılacaqdır.

Qeyd edək ki, yerlər limitlidir. İştirak üçün www.vmz.az saytından bilet əldə edə və sosial media hesablarımızı izləyə bilərsiniz. 4 saatlıq sual-cavab formatlı panel müzakirəsində iştirak haqqı 40 manat olaraq təyin edilib.

Facebook: https://www.facebook.com/fifbaku.az

İnstaqram: https://www.instagram.com/vmzbaku/

Linkedln: https://www.linkedin.com/company/vmz-baku/

20 may saat 10:00-14:00 aralığında Gənclik Mall, “Cinema Plus”da “Vergi riskləri” Panel Müzakirəsində görüşmək ümidi ilə...

0 Komment

    Şərh yazın

    Xəbərlər