DVX-nin mövqeyi: Mənfəət vergi bəyannaməsinin 247-ci sətrində hansı məlumatlar əks olunmalıdır? (Misalla izah)

DVX-nin mövqeyi: Mənfəət vergi bəyannaməsinin 247-ci sətrində hansı məlumatlar əks olunmalıdır? (Misalla izah)

Növbəti həftədən satışda olacaq "Vergi Uçotu: A-dan Z-yə" (VII nəşr) kitabında mənfəət bəyannaməsinin doldurulmasının bütün halları izah olunub

Sual:  Mənfəət vergi bəyannaməsinin 247-ci sətrində hansı məbləğ qeyd olunmalıdır (numunə ilə izahı) 2. Müəssisə hesabat ilini zərər ilə yekunlaşdırmışdır. Bu halda MMC tərəfindən təssisçiyə dividendin ödənilməsi mümkündürmü? Bu əməliyyat mümkün olduğu halda şirkətin nizamnamə kapitalına hansı formada təsir göstərəcəkdir? 3. Müəssisə satış məqsədi ilə məzillər alır və alınan mənzilləri investisiya mülkiyyəti olaraq tanıyır. Alınan mənzillər əsas vəsait deyildir. Bu zaman əmlak vergisi öhdəliyi yaranırmı? Öncədən təşəkkürlər!

Dövlət Vergi Xidmətinin cavabı:   Mənfəət vergisi bəyannaməsinin 247-ci “VM-in 114.4-cü maddəsi ilə hesablanmış, lakin növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği” adlı sətrinin A4 xanalarında hesabat ilində Vergi Məcəlləsinin 114.4-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş amortizasiya normalarından aşağı norma tətbiq olunması nəticəsində növbəti vergi ilində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna biləcək yaranmış fərqin məbləği göstərilir.

Misal: 2020-ci il üzrə müəssisə nəqliyyat vasitələri kateqoriyasına aid 100.000,0 manat dəyərində aktivlərə Vergi Məcəlləsinin 114.3.3-cü maddəsində nəzərdə tutulmuş 25 faiz əvəzinə 20 faiz dərəcəsi ilə 20.000,0 manat amortizasiya hesablamışdır. Bunun nəticəsində yaranmış 5.000,0 manat (25.000,0-20.000,0) fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər. Bu halda 247 sətrinin A4 xanalarında 5.000,0 manat növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği yazılır.

Əsas: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 23 fevral 2022-ci il tarixli 2217040100103500 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası

 Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. ƏMAS platforması A-dan - Z-yə 

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr)

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 

7. Mühasibat uçotu

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər