Vergi Məcəlləsində 40 manatlıq maliyyə sanksiyası ilə bağlı hansı ciddi dəyişiklik oldu?

Vergi Məcəlləsində 40 manatlıq maliyyə sanksiyası ilə bağlı hansı ciddi dəyişiklik oldu?

Satışına START verilən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023" kitabından seçmə

1 yanvar 2023-cü ilə qədər qüvvədə olan Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddəyə nəzərə yetirdikdə məlum olur ki, maliyyə sanksiyasının əsası kimi vergi ödəyicisinin iki məlumatı təqdim etməməsi qeyd edilib:

- Vergi hesabatı;
- Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı.
Vergi Məcələsinin 16.2-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir.

Maddədən göründüyü kimi, 1 yanvar 2023-cü il tarixə qədər vergi ödəyicisi arayışı təqdim etmədiyi halda vergi orqanı tərəfindən 40 manat məbləğində maliyyə sanksiyasına məruz qala bilirdi.
1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində edilən dəyişikliyi vergi ödəyicilərinin xeyrinə olan dəyişiklik kimi qiymətləndirmək mümkündür. Belə ki, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Misal 1. Fərdi sahibkar olan vergi ödəyicisinin 2023-cü ilin 2-cü rübündə hər hansı fəaliyyəti olmayıb. Vergi ödəyicisi Vergi Məcəlləsinin 16.2-ci maddəsinə uyğun olaraq arayış təqdim etməzsə, o zaman vergi orqanı tərəfindən 40 manat məbləğində maliyyə sanksiyasına məruz qalmayacaq.
Misal 2. Vergi ödəyicisi kənd təsərrüfatı məhsuallarının istehsalı ilə məşğul olur. Vergi ödəyicisinin fəaliyyəti vergidən azad edilən əməliyyatlar üzrə olsa da, vergi orqanına hesabat təqdim etməlidir. Əgər hesabat təqdim etməzsə, o zaman vergi orqanı tərəfindən vergi hesabatının təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
Hansı hal üçün maliyyə sanksiyasının məbləği 20 dəfə artırılıb?
Vergi Məcəlləsinin 16.9-cu maddəsinə əsasən, transmilli şirkətlər qrupunun maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş müddətdə, formada və qaydada hesabatı vergi orqanına təqdim etməlidir. Vergi Məcəlləsinin 57.1-2-ci maddəsində həmin hesabatın təqdim edilməməsinə görə maliyyə sanksiyası 500 manat olaraq müəyyən edilmişdi. Maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olan müəssisələr üçün 500 manatlıq sanksiya olduqca az olduğu üçün hesabatı təqdim etməkdən yayınma riski yaradırdı. Bu səbəbdən 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində edilən dəyişikliyə əsasən 500 manatlıq maliyyə sanksiyasının məbləği 20 dəfə artırılaq 10 000 manat müəyyən edilib.

  Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. ƏMAS platforması A-dan - Z-yə 

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr)

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 

6. Mühasibat uçotu

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər