Hansı halda vəfat edən ailəsinə dəfn müavinəti ödənilmir?

Hansı halda vəfat edən ailəsinə dəfn müavinəti ödənilmir?

Satışına START verilən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Təcrübədə ən çox mübahisələrin yarandığı hal vəfat edən işçi ilə bağlı sənədlərin təqdim edilməsi prosesi ilə bağlıdır. Əsasnamənin 14-cü bəndinə əsasən, sığortaolunan öldükdə dəfn üçün müavinət almaqdan ötrü müavinət təyin edən komissiyaya vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş ölüm haqqında arayışdan başqa, həmçinin müvafiq bələdiyyə tərəfindən verilmiş arayış da təqdim olunur. Bələdiyyə tərəfindən verilmiş arayışda rəhmətə gedənin dəfn xərclərini öhdəsinə götürən şəxs barədə məlumat əks olunmalıdır.

MİsaL. İşəgötürən vəfat edən işçinin ölümü ilə bağlı dəfn müavinətinin ödənilməsi haqqında DSMF-ə haqq-hesab cədvəli təqdim edib. Bələdiyyənin təqdim etdiyi arayışda vəfat edən işçinin dəfn xərcini rayon icra hakimiyyətinin ödədiyi yazılsa da, ödənişin işçinin övladına verilməsi nəzərdə tutulub. Bu halda DSMF orqanı müavinətin işçinin övladına ödənilməsini həyata keçirməyəcək.

 Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. ƏMAS platforması A-dan - Z-yə 

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr)

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 

6. Mühasibat uçotu

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər