Uşağın anadan olmasına və dəfn üzrə sosial müavinətin məbləği artırıldı

Uşağın anadan olmasına və dəfn üzrə sosial müavinətin məbləği artırıldı

Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmanla 2023-cü il yanvarın 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:

1. yaşa görə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat;
2. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 (iki yüz yetmiş) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 150 (yüz əlli) manat;
3. ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 (yüz iyirmi) manat;
4. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 (bir yüz) manat;
5. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün sosial müavinətin məbləği 300 (üç yüz) manat;
6. uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat;
7. dəfn üçün sosial müavinətin məbləği 500 (beş yüz) manat.
Qeyd edək ki, fərmana qədər uşağın anadan olmasına görə sosial müavinət və dəfn üçün sosial müavinətin məbləği müvafiq olaraq 300 manat və 500 manat təşkil edirdi.

 

Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu

2. Əmək Qanunvericiliyi Toplusu

3. ƏMAS platforması A-dan - Z-yə

 

 

0 Komment

    Şərh yazın