Millət vəkili minimum əmək haqqının artımının hansı işçilərə təsir edəciyini açıqladı

Millət vəkili minimum əmək haqqının artımının hansı işçilərə təsir edəciyini açıqladı

Vüqar Bayramov: "VTC-də maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əməkhaqqı 345 manatdan azdır"

Prezident İlham Əliyevin sərəncamı ilə minimum əməkhaqqının 300 manatdan 345 manata qaldırılması təkcə minimum maaş alanların əməkhaqqının artımını deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələrində əməkhaqqı artımını təmin edəcək. Millət vəkili Vüqar Bayramov bildirib ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq. Məbləğindən asılı olmayaraq bu sektorlarda çalışanların maaşları artıralacaq.

“Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqqı artacaq”, - millət vəkili vurğulayıb.

V.Bayramov xatırladıb ki, sadalanan sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir: “VTC-də maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əməkhaqqı 345 manatdan azdır: 300-338 manat arasındadır. Ən yüksək dərəcə üzrə əməkhaqqı isə 979 manatdır. Minimum əməkhaqqının artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Konkret artım faizləri bu il fevralın 5-dək müəyyən ediləcək”.

Millət vəkili əlavə edib ki, hazırda Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əməkhaqqında artımlar olacaq: “Ancaq Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əməkhaqqı sxemi vardır. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən əməkhaqqı dərəcələrarası fərq nəzərə alınmaqla müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları gözlənilir. Bu isə o deməkdir ki, fevralın 5-dək həmin qurumların da yeni əməkhaqqı cədvəllərini təsdiq üçün təqdim edəcəkləri gözlənilir”.
Xatırladaq ki, VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq.

 

Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu

2. Əmək Qanunvericiliyi Toplusu

3. ƏMAS platforması A-dan - Z-yə

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və [email protected]

0 Komment

    Şərh yazın