RƏSMİ! Minimum əmək haqqı 15 faiz artırıldı

RƏSMİ! Minimum əmək haqqı 15 faiz artırıldı

"Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin rifahının qorunması sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.


Qeyd edək ki, Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsinə əsasən, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.
Bu səbəbdən vergi ödəyiciləri minimum əmək haqqı məbləğində əmək haqqı alan işçilərdə artım etməlidir.
Həmçinin "Sosial sığorta haqqında" fərdi sahibkarların məcburi dövlət sosial ayırmaları da minimum əmək haqqıya uyğun olaraq hesablandığından 2023-cü ilin yanvar ayından etibarən hesablanan ödənişlərdə baza olaraq minimum əmək haqqı məbləğini 345 manat olaraq əsas götürməlidirlər

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın