Prezident Vergi Məcəlləsində dəyişikliyi təsdiq etdi (TAM MƏTN)
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334, № 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, № 3, maddə 211, № 6 (I kitab), maddələr 541, 551, 555, № 7, maddələr 698, 711, № 8, maddə 894, № 10, maddələr 1090, 1092, № 12, maddələr 1305, 1337; 2022, № 1, maddələr 6, 7, 17, № 6, maddə 587, № 7, maddə 716, № 8, maddə 832) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.6-cı maddədə “münasibətdə,” sözü “münasibətdə vergidən yayınma məqsədilə istifadə edilirsə, o cümlədən” sözləri ilə əvəz edilsin;
1.2. 2.8-ci maddədə “qiymətləndirilməsi” sözü “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada aparılan qiymətləndirilməsinin nəticələrinə dair arayış” sözləri ilə əvəz edilsin;
1.3. 13.2.16.14-1-ci maddənin 9-cu hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 10-cu hissə əlavə edilsin:
“10. qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəəti həmin qeyri-rezidentə köçürüldükdə (verildikdə).”;
1.4. aşağıdakı məzmunda 14.3.6-cı maddə əlavə edilsin:
“14.3.6. vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda).”;
1.5. 14-1-ci maddə üzrə:
1.5.1. 14-1.1.4-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Mənfəətin bölgüsü üsulu bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında əməliyyatlar aparıldığı zaman tərəflərdən hər birinin həmin əməliyyatlardan əldə etdiyi mənfəətin həmin şəxslər arasında bu maddəyə əsasən bölüşdürülməsidir.’’;
1.5.2. aşağıdakı məzmunda 14-1.10-cu maddə əlavə edilsin:
“14-1.10. Qeyri-rezident şəxslərin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlər üzrə mənfəətin (gəlirin) müəyyən edilməsi və həmin qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə münasibətdə vergilərin hesablanması bu maddəyə əsasən müəyyənləşdirilir.”;
1.6 . 14-2-ci maddə üzrə:
1.6.1. 14-2.1-ci maddədən “, güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən” sözləri çıxarılsın;
1.6.2. 14-2.1.1-ci maddəyə “sahibdirsə” sözündən sonra “və” sözü əlavə edilsin;
1.6.3. 14-2.1.2-ci maddədə “vergisindən 2 dəfə və ya daha çox aşağı olarsa” sözləri “vergisinin 75 faizinə və ya daha aşağı hissəsinə bərabər olarsa və” sözləri ilə əvəz edilsin;
1.6.4. 14-2.2-ci maddədə “Nəzarət” sözü “Nəzarət olunan xarici müəssisənin mənfəətinin Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxsin vergi tutulan gəlirlərinə daxil edilməsi qaydası, habelə nəzarət” sözləri ilə əvəz edilsin;
1.7. 16-cı maddə üzrə:
1.7.1. 16.1.8-ci maddəyə “tibb müəssisələri” sözlərindən sonra “və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər” sözləri əlavə edilsin;
1.7.2. 16.1.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“16.1.11. sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident kredit təşkilatlarında və ya qeyri-rezident bank əməliyyatı aparan şəxslərdə açılmış hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada məlumatı vergi orqanına təqdim etmək;”;
1.7.3 . 16.1.11-4-cü maddəyə “elektron hesabatların” sözlərindən sonra “və vergi orqanının tələbi əsasında dəqiqləşdirilmiş elektron hesabatların” sözləri əlavə edilsin;
1.7.4. aşağıdakı məzmunda 16.1.11-6.5-ci maddə əlavə edilsin:
“16.1.11-6.5. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən edilən ödənişlər üzrə;”;
1.7.5. 16.1.11-11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“16.1.11-11. neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyicələri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada aşağıdakı məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) uçotda olduğu vergi orqanına vermək:”;
1.7.6. 16.1.11-11.3-cü maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunur.”;
1.7.7. 16.6-cı maddəyə “nümayəndəliklərinə” sözündən sonra “və fərdi sahibkarlara” sözləri əlavə edilsin və həmin maddədən “və təkrarsığortaçılar” və “(təkrarsığortalanmış)” sözləri çıxarılsın;
1.7.8. 16.7-ci maddədə “maddəsinə” sözü “və 228-ci maddələrinə” sözləri ilə əvəz edilsin;
1.8. 30-cu maddə üzrə:
1.8.1. 30.2.2-ci maddəyə “nömrəsi” sözündən sonra “və təsərrüfat subyektinin (obyektinin) uçot kodu” sözləri əlavə edilsin;
1.8.2. 30.2.5-ci maddədə “vergi ödənişləri üzrə” sözləri “vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə” sözləri ilə əvəz edilsin;
1.8.3. 30.6.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 30.6.16-cı maddə əlavə edilsin:
“30.6.16. səlahiyyətlərinin icrası ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma).”;
1.8.4. aşağıdakı məzmunda 30.6-1-ci və 30.6-2-ci maddələr əlavə edilsin:
“30.6-1. Vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin vergi uçotundan çıxarılıb-çıxarılmaması, vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə), vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi ünvan haqqında məlumat səlahiyyətlərinin icrası ilə əlaqədar dövlət orqanlarına (qurumlarına) verilə bilər.
30.6-2. Vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə) haqqında məlumat hesabların açılması məqsədilə bank əməliyyatı aparan şəxslərə verilə bilər.”;
1.9. 33-cü maddə üzrə:
1.9.1. 33.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“33.5. Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir.”;
1.9.2. aşağıdakı məzmunda 33.8-1-ci maddə əlavə edilsin:
‘’33.8-1. Rezidentlərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (bu Məcəllənin 19-cu maddəsi ilə nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydası müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.’’;
1.10. 34.7.4-cü maddənin ikinci cümləsi çıxarılsın;
1.11. 35-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 35. Vergi ödəyicilərinə hesabların açılması
35.1. Vergi ödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank hesablarını açmaq və aparmaq hüququ olan kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna (bundan sonra - bank əməliyyatları aparan şəxslərə) müraciət etdikdə bank əməliyyatları aparan şəxslər vergi ödəyicilərinə hesablar açır (qanunla hesabın açılmasından imtinaya əsas verən hallar nəzərə alınmaqla) və açılmış hesabların (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) vergi orqanında qeydiyyata alınması üçün forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərir.
35.2. Açılmış hesab daxil olmuş məlumat əsasında vergi orqanı tərəfindən real vaxt rejimində avtomatlaşdırılmış qaydada qeydiyyata alınır və bu barədə bank əməliyyatları aparan şəxslərə qeydiyyat bildirişi göndərilir. Qeydiyyat bildirişi daxil olanadək bank əməliyyatı aparan şəxslər tərəfindən hesab üzrə məxaric əməliyyatlarının aparılması qadağandır.
35.3. Adına hesab açılmış vergi ödəyicisinin dövlət büdcəsinə və büdcədənkənar fondlara vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduğu və bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilən müddət bitdiyi halda vergi orqanı tərəfindən hesabın qeydiyyata alınmasına dair bildirişlə yanaşı eyni gündə həmin hesab üzrə bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq sərəncam da göndərilir və bildirişdə bu barədə qeyd edilir.
35.4. Hesab üzrə vergi orqanının sərəncamının göndəriləcəyi barədə qeyd olan hesab üzrə bank əməliyyatı aparan şəxslər tərəfindən həmin hesab üzrə vergi orqanının sərəncamı daxil olanadək sərəncamda göstərilən məbləğin 105 faizi həcmində məxaric əməliyyatlarının aparılması məhdudlaşdırılır. Bank əməliyyatlarını aparan şəxslər tərəfindən vergi orqanının sərəncamı daxil olanadək hesabdan məxarici məhdudlaşdırılan vəsaitdən artıq olan pul vəsaiti olduğu halda həmin artıq pul vəsaitinin hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Həmin hesaba vergi orqanının sərəncamı daxil olduqdan sonra hesab üzrə əməliyyatlar qanunla nəzərdə tutulmuş qaydalara və növbəliliyə riayət edilməklə icra edilir.
35.5. Vergi ödəyicilərinə məxsus hesabların bank əməliyyatı aparan şəxslərin özü, filial və ya struktur bölmələri arasında köçürülməsi zamanı bank əməliyyatı aparan şəxslər köçürülən hesablar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada məlumatı hesabın köçürüldüyü tarixdən 1 iş günü müddətində elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.
35.6. Vergi ödəyicilərinə məxsus hesablar bank əməliyyatı aparan şəxslər tərəfindən bağlandıqda həmin şəxslər bu barədə məlumatı hesabın bağlandığı tarixdən 1 iş günü müddətində elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.
35.7. Bank əməliyyatlarını aparan şəxslər hüquqi və fiziki şəxslərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini təmin edirlər.”;
1.12. 37.2-ci maddənin ikinci cümləsində ‘’30’’ rəqəmləri ‘’90’’ rəqəmləri ilə əvəz edilsin;
1.13. aşağıdakı məzmunda 38.7.4-1-ci, 38.9-cu və 38.10-cu maddələr əlavə edilsin:
“38.7.4-1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək.”;
“38.9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xarici dövlətlərin (ərazilərin) səlahiyyətli orqanının nümayəndəsi Azərbaycanda və ya Azərbaycan Respublikasının vergi orqanının səlahiyyətli nümayəndəsi həmin xarici dövlətdə (ərazidə) fəaliyyət göstərən vergi ödəyicisində keçirilən səyyar vergi yoxlamalarında iştirak edə bilər.
38.10. Xarici dövlətin (ərazinin) səlahiyyətli orqanının nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində səyyar vergi yoxlamasında iştirakının təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.’’;
1.14 . 50.8-ci maddə üzrə:
1.14.1. 50.8.2-ci maddədə “VÖEN-i” sözü “VÖEN” akronimi ilə əvəz edilsin;
1.14.2. 50.8.5-ci maddəyə “verginin” sözündən sonra “dərəcəsi və” sözləri əlavə edilsin;
1.14.3. 50.8.6-cı maddədə “gün” sözü “cari növbə” sözləri ilə əvəz edilsin və həmin maddəyə “nömrəsi” sözündən əvvəl “çekin” sözü əlavə edilsin;
1.14.4. aşağıdakı məzmunda 50.8.10-1-ci maddə əlavə edilsin, həmçinin 50.8.16-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 50.8.17-ci və 50.8.18-ci maddələr əlavə edilsin:
“50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ;”;
“50.8.17. nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);
50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı.”;
1.14.5. 50.8.11-ci maddəyə “malın” sözündən sonra “və ya xidmətin (işin)” sözləri əlavə edilsin;
1.14.6. 50.8.13-cü maddədə “(nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr)” sözləri “(nağd, nağdsız, bonus, hədiyyə kartı)” sözləri ilə əvəz edilsin;
1.14.7. 50.8.14-cü maddədə “və ya ləğvetmə” sözləri “, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş” sözləri ilə əvəz edilsin;
1.14.8. 50.8.16-cı maddə aşağıdakı redaksiyada verilsin;
“50.8.16. geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);”
1.15. 56.1-ci maddəyə “5 il” sözlərindən sonra “, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə” sözləri əlavə edilsin;
1.16. 57-ci maddə üzrə:
1.16.1. 57.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“57.1. Hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”;
1.16.2. 57.1-2-ci maddədə “500” rəqəmləri “10000” rəqəmləri ilə əvəz edilsin;
1.16.3. 57.3-cü maddəyə “bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş” sözlərindən sonra “5 ildən az olmayan” sözləri əlavə edilsin;
1.17. 58-ci maddə üzrə:
1.17.1. 58.6-cı maddədə “gec ƏDV məbləğinin ödənilməsinə’’ sözləri “1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə’’ sözləri ilə əvəz edilsin;
1.17.2. 58.7-1.10-cu maddəyə “tibb müəssisəsinə’’ sözlərindən sonra “və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə” sözləri əlavə edilsin;
1.17.3. 58.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“58.11. Sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident kredit təşkilatlarında və ya bank əməliyyatı aparan qeyri-rezident şəxslərdə açılmış hesaba (rezident banklar tərəfindən qeyri-rezident banklarda açılmış müxbir hesablar istisna olmaqla) dair forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatın bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim edilməməsinə görə həmin hesaba mədaxil edilmiş pul vəsaitinin 100 faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.”;
1.17.4. 58.13-cü madddəyə ikinci halda “təqdim edilməsinə” sözlərindən sonra “(elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla)” sözləri əlavə edilsin;
1.18. aşağıdakı məzmunda 59.2-1-ci maddə əlavə edilsin:
“59.2-1. Bu Məcəllənin 90.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının ödəmə müddəti ötmüş vergi öhdəliklərinə faizlərin hesablanması kredit təşkilatının müflis elan olunması haqqında məhkəmə qərarının qəbul edildiyi gündən etibarən dayandırılır.”;
1.19. 60-cı maddə üzrə:
1.19.1. adına “Kredit təşkilatlarına” sözlərindən sonra “, bank əməliyyatlarını aparan şəxslərə” sözləri əlavə edilsin;
1.19.2. 60.1-ci maddədə “Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına” sözləri “Kredit təşkilatları və bank əməliyyatlarını aparan şəxslərə” sözləri ilə əvəz edilsin;
1.19.3. 60.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“60.1.1. vergi ödəyicisinə hesablar açdıqda həmin hesabların vergi orqanında qeydiyyata alınması üçün elektron məlumatın bu Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq vergi orqanına təqdim edilməməsinə görə - hər açılmış hesab üzrə 400 manat məbləğində, habelə vergi orqanında qeydiyyata alınmamış hesablar üzrə və ya bu Məcəllənin 35.2-ci maddəsində müəyyənləşdirilən qeydiyyat bildirişi daxil olanadək məxaric əməliyyatları (dövlət büdcəsinə və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə büdcədənkənar fondlara məxaric əməliyyatları istisna olmaqla) aparıldığı halda aparılmış məxaric əməliyyatının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.”;
1.19.4. 60.3.3-cü maddədə “aparılmış əməliyyatın” sözləri “hesaba mədaxil olunmuş vəsaitin” sözləri ilə əvəz edilsin;
1.20. aşağıdakı məzmunda 65.8-1-ci və 65.10-cu maddələr əlavə edilsin:
“65.8-1. Bu Məcəllənin 65.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam olduqda, vergi ödəyicisi dondurulmuş pul vəsaitinin dövlət büdcəsinə köçürülməsi ilə bağlı kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslərə ödəniş tapşırığı təqdim edə bilər və həmin şəxslər vergi ödəyicisinin ödəniş tapşırığında göstərilən məbləğdə pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini təmin edir.”;
“65.10. Vergi orqanları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin yerinə yetirilməsi məqsədilə xarici dövlətlərin vergi orqanlarının müraciətinə əsasən həmin xarici dövlətdə yaranmış vergi borcunun alınması ilə bağlı bu Məcəllənin 65.1 – 65.9-cu maddələrində nəzərdə tutulmuş tədbirləri həyata keçirirlər.”;
1.21. 76-cı maddə üzrə:
1.21.1. 76.1-ci maddədə “bank hesabı və əməliyyatları barədə məlumat” sözləri “eyniləşdirmə məlumatını, onun bank hesabları və əməliyyatları barədə məlumat, həmçinin bu məlumatı təsdiq edən sənədləri” sözləri ilə əvəz edilsin;
1.21.2. 76.1-1-ci maddədə “şəhadətnamə-dublikat əsasında” sözləri “sahibkarlıq fəaliyyəti məqsədləri üçün” sözləri ilə əvəz edilsin;
1.21.3. 76.2-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Bu maddənin digər müddəalarından asılı olmayaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərindən irəli gəldiyi halda xarici dövlətin səlahiyyətli orqanından daxil olan müraciətdə (sorğuda) hesab sahibinə müvafiq məlumatın verilməməsi qeyd edildiyi təqdirdə, hesab sahibinə rəsmi məlumat göndərilmir.”;
1.22. 76-1-ci maddədə “vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin” sözləri “qeyri-rezidentlərin” sözləri ilə, “orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına” sözləri “orqanına” sözü ilə əvəz edilsin;
1.23. 79.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Müflis elan olunmuş bankların vergi öhdəlikləri “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq yerinə yetirilir.”;
1.24. 85-ci maddə üzrə:
1.24.1. 85.4-cü maddəyə ikinci halda “qurtardıqdan sonra” sözlərindən sonra “(səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən)” sözləri əlavə edilsin;
1.24.2. 85.5-ci maddəyə “əvəzləşdirilməsini” sözündən sonra “vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən)” sözləri əlavə edilsin;
1.25. aşağıdakı məzmunda 89.15-1-ci maddə əlavə edilsin:
“89.15-1. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının əmlakı siyahıya alınmır.”;
1.26. 102-ci maddə üzrə:
1.26.1. 102.1.7-ci maddəyə “əmlakdan” sözündən sonra “, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla)” sözləri əlavə edilsin;
1.26.2. 102.1.11-ci maddədə “istehsalından alınan gəlirlər” sözləri “istehsalından (o cümlədən, sənaye üsulu ilə) alınan gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar” sözləri ilə əvəz edilsin;
1.26.3. aşağıdakı məzmunda 102.1.11-1-ci və 102.1-1-ci maddələr əlavə edilsin:
“102.1.11-1. kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 1 il müddətinə;
102.1-1. şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.”;
1.26.4. 102.1.14.15-ci maddəyə “hüquq mühafizə orqanlarının” sözlərindən sonra “(o cümlədən hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən vergi orqanının)” sözləri əlavə edilsin;
1.26.5. 102.1.15-ci maddə aşağıdakı redaksiyada verilsin:
“102.1.15. yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri. Beynəlxalq yarışlarda (idman yarışları istisna olmaqla) və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, regional, şəhər və rayon yarışlarında (idman yarışları istisna olmaqla) və müsabiqələrində isə 200 manatadək;
Beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyəri, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyəri 50000 manatadək.”;
1.26.6. 102.1.22-2-ci maddəyə “müddətində” sözündən sonra “Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən” sözləri əlavə edilsin;
1.26.7. 102.1.36-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.37-ci və 102.1.38-ci maddələr əlavə edilsin:
“102.1.37. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən fərdi sahibkarların həmin fəaliyyətdən əldə etdiyi gəlirin 50 faizi - müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə;
102.1.38. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlir.”;
1.26.8. 102.4.2-ci maddədə “və arvadları (ərləri)” sözləri “, arvadları (ərləri) və övladları” sözləri ilə əvəz edilsin;
1.27. 106-cı maddə üzrə:
1.27.1. aşağıdakı məzmunda 106.1.14-1-ci maddə əlavə edilsin:
“106.1.14-1. kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 1 il müddətinə;”;
1.27.2. 106.1.18-ci maddədən “paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və” sözləri çıxarılsın və həmin maddədə ikinci halda “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən” sözləri “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən” sözləri ilə əvəz edilsin;
1.27.3. 106.1.29-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.30-cu və 106.1.31-ci maddələr əlavə edilsin:
“106.1.30. vəkillər və vəkil qurumları tərəfindən order markasının əldə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına edilən ödənişlər;
106.1.31. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən əldə etdikləri mənfəətin 50 faizi - müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə.”;
1.28. 115.6-1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Təqvim ilinin sonuna bu maddə ilə müəyyən edilmiş qaydada hər bir kateqoriya üzrə kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduqda, həmin məbləğ gəlirdən çıxılır.”;
1.29. 128-ci maddə üzrə:
1.29.1. adında “ölkələrdə və ya ərazilərdə əldə edilən gəlir” sözləri “ölkələr və ya ərazilər” sözləri ilə əvəz edilsin;
1.29.2. 128.1-ci maddə ləğv edilsin;
1.29.3. 128.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“128.2. Güzəştli vergi tutulan xarici ölkə və ya ərazi dedikdə, aşağıdakı ölkələr və ya ərazilər başa düşülür:
128.2.1. vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcənin 75 faizi və ya daha aşağı hissəsinə bərabər olan ölkələr və ya ərazilər və (və ya);
128.2.2. Azərbaycan Respublikası ilə beynəlxalq müqavilələr çərçivəsində müvafiq standartlara uyğun məlumat mübadiləsini aparmayan ölkələr və ya ərazilər və (və ya);
128.2.3. maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkələr və ya ərazilər.”;
1.30. 144.1.4-cü maddədə “daşınmaz əmlak,” sözləri “daşınar və daşınmaz əmlak, qeyri-maddi aktivlər,” sözləri ilə əvəz edilsin və həmin maddəyə “əvəzsiz” sözündən əvvəl “, eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara” sözləri əlavə edilsin;
1.31. 160-cı maddə üzrə:
1.31.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 160. Vergiyə cəlb edilməyən əməliyyatlar, o cümlədən müəssisənin təqdim edilməsi”;
1.31.2. 160.4-cü maddədə “daşınmaz əmlakların” sözləri “daşınar və daşınmaz əmlakların, qeyri-maddi aktivlərin,” sözləri ilə əvəz edilsin və həmin maddəyə “əvəzsiz” sözündən əvvəl “, eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara” sözləri əlavə edilsin;
1.32. 164-cü maddə üzrə:
1.32.1. 164.1.5-ci maddəyə birinci halda “əmlakın” sözündən sonra “(əsas vəsaitlər istisna olmaqla)” sözləri əlavə edilsin;
1.32.2. aşağıdakı məzmunda 164.1.10-1-ci maddə əlavə edilsin:
“164.1.10-1. yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi;”;
1.32.3. 164.1.36-cı maddədə “5” rəqəmi “9” rəqəmi ilə əvəz edilsin;
1.32.4. 164.1.41-1-ci (ikinci halda) və 164.1.51-ci maddələrdə “3” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;
1.32.5. 164.1.52-ci maddədə “2” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;
1.32.6. 164.1.58-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.59 –164.1.61-ci maddələr əlavə edilsin;
“164.1.59. vəkillər və vəkil qurumları tərəfindən order markasının əldə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına edilən ödənişlər;
164.1.60. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş əsas vəsaitlərin idxalı;
164.1.61. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yenidən qurulması layihəsi çərçivəsində avadanlıqların və ehtiyat hissələrinin idxalı – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.”;
1.33. 165-ci maddə üzrə:
1.33.1. 165.1.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 165.1.10-cu maddə əlavə edilsin:
“165.1.10. müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitin qoyulması (əsas vəsaitin pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda).”;
1.33.2. 165.5-ci maddəyə “tibb müəssisələri” sözlərindən sonra “və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər” sözləri əlavə edilsin və həmin maddədə “15” rəqəmləri “17,5” rəqəmləri ilə, “10” rəqəmləri “5” rəqəmi ilə əvəz edilsin;
1.34. 166.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“166.3. Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın (o cümlədən malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə) vaxtı ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) sayılır.”;
1.35. aşağıdakı məzmunda 169.8-ci maddə əlavə edilsin:
“169.8. Bu Məcəllənin 33.8-1-ci maddəsində nəzərdə tutulan qaydada uçota alınan qeyri-rezident tərəfindən bu fəslin məqsədləri üçün işlərin və xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb edilmir və bu əməliyyatlar üzrə yaranan vergi öhdəliyi qeyri-rezident şəxs tərəfindən bu Məcəlləyə uyğun olaraq hesablanıb ödənilir.”;
1.36. 175-ci maddə üzrə:
1.36.1. 175.1.3-cü maddədə “gec olmayaraq” sözləri “bir iş günü müddətində” sözləri ilə əvəz edilsin;
1.36.2. 175.6-cı maddəyə “ƏDV-dən” sözündən əvvəl “Bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla,” sözləri əlavə edilsin;
1.37. 177.4-cü maddədə “və alınır” sözləri “, alınır və 1 bank günü ərzində dövlət büdcəsinə ödənilir” sözləri ilə əvəz edilsin;
1.38. 190.3.14-cü maddədə “30” rəqəmləri “22” rəqəmləri ilə əvəz edilsin;
1.39. 199-cu maddə üzrə:
1.39.1. 199.4.1-ci maddədə “, yanğından mühafizə və ya mülki müdafiə” sözləri “və yanğından mühafizə” sözləri ilə əvəz edilsin;
1.39.2. aşağıdakı məzmunda 199.4.1-1-ci maddə əlavə edilsin:
“199.4.1-1. müəssisələrin mülkiyyətində (balansında) olan və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mülki müdafiə təyinatlı əmlaklar;”;
1.39.3. aşağıdakı məzmunda 199.17 – 199.19-cu maddələr əlavə edilsin:
“199.17. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.
199.18. Kredit təşkilatları məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müflis elan olunduğu halda kredit təşkilatının müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi aydan etibarən əmlak vergisini ödəməkdən azaddırlar.
199.19. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq 2023-cü il 1 yanvar tarixindən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus hüquqi şəxslər özəlləşdirilməsi barədə qərarın qəbul edildiyi ildən etibarən özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq, əmlak vergisini ödəməkdən azaddırlar.”;
1.40. 201.1.1-ci maddəyə “əsasən” sözündən sonra “sığortalanma tarixinə əmlakın bazar dəyərinə uyğun olaraq” sözləri əlavə edilsin;
1.41. aşağıdakı məzmunda 202.1.4-cü, 207.9 – 207.11-ci maddələr əlavə edilsin:
“202.1.4. kredit təşkilatları hesabat ili ərzində müflis elan olunduqda, onun əmlakının ilin əvvəlinə və müflis elan olunduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən kredit təşkilatının müflis elan olunduğu aya qədər olan ayların sayına vurulur.”;
“207.9. Kredit təşkilatları məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müflis elan olunduğu halda kredit təşkilatının müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi ildən etibarən torpaq vergisini ödəməkdən azaddırlar.
207.10. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan torpaqlara görə müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.
207.11. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq 2023-cü il 1 yanvar tarixindən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus hüquqi şəxslər özəlləşdirilməsi barədə qərarın qəbul edildiyi ildən etibarən özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq, torpaq vergisini ödəməkdən azaddırlar.”;
1.42. 218-ci maddə üzrə:
1.42.1. 218.5.10-cu və 218.6.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla);”;
“218.6.2. bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda.
Bu Məcəllənin 218.6-cı maddəsinin müddəaları malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ibarət qarışıq əməliyyatlar aparılan hallara da tətbiq edilir.”;
1.42.2. aşağıdakı məzmunda 218.7-ci maddə əlavə edilsin:
“218.7. Bu Məcəllənin 218.6.1-ci və 218.6.2-ci maddələrində göstərilən şərtlər ödənilmədikdə, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ həmin hesabat rübündən sonrakı ayın 1-dən ləğv edilir.”;
1.43. aşağıdakı məzmunda XIX fəsil əlavə edilsin:
“XIX fəsil. İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri
Maddə 226. Vergitutma ilə bağlı ümumi müddəalar
226.1. Bu fəsil işğaldan azad edilmiş ərazilərdə həmin ərazinin rezidentlərinə verilən vergi azadolmaları, həmin azadolmaların tətbiq edildiyi subyektlərin və əməliyyatların dairəsi ilə bağlı məsələləri tənzimləyir. İşğaldan azad edilmiş ərazilərdə vergitutma ilə bağlı bütün digər məsələlər bu Məcəllənin I - XVII fəsillərinə uyğun olaraq tənzimlənir.
226.2. Bu fəslin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.
226.3. Bu fəsildə müəyyən edilən vergi azadolmaları aşağıdakı fəaliyyət növləri və əməliyyatlara şamil edilmir:
226.3.1. maliyyə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət;
226.3.2. avtonəqliyyat vasitələri ilə yük daşıma xidmətləri;
226.3.3. dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi.
Maddə 227. Azadolmalar
227.1. İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.
227.2. ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azaddır. Bu maddənin müddəaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir.
227.3. İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır.
227.4. Bu maddədə nəzərdə tutulan vergi azadolmaları aşağıdakı şərtlər daxilində tətbiq edilir:
227.4.1. istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir. Bu maddədə nəzərdə tutulan vergi azadolması istehsal, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə Azərbaycan Respublikasının ərazisindən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir;
227.4.2. topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.
Həmin şəxslər malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazidən kənarda fəaliyyət göstərən şəxslərə təqdim etdikləri, o cümlədən Azərbaycan Respublikası ərazisindən ixrac etdikləri halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir;
227.4.3. turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir;
227.4.4. bu Məcəllənin 227.4.1 - 227.4.3-cü maddələrində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan işğaldan azad edilmiş ərazinin rezidenti işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda da (Azərbaycan Respublikası ərazisi daxilində) eyni növ fəaliyyəti həyata keçirdiyi halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir;
227.4.5. bu Məcəllənin 227.4.1 - 227.4.3-cü maddələrində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan işğaldan azad edilmiş ərazinin rezidenti işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənarda digər fəaliyyət növü həyata keçirdiyi halda işğaldan azad edilmiş ərazidə göstərilən fəaliyyətlə həmin ərazilərdən kənarda göstərilən digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.
227.5. Bu maddədə nəzərdə tutulan vergi azadolmaları işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir.
Maddə 228. ƏDV-nin geri qaytarılması
Fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılır. Bu maddə üzrə ƏDV-nin qaytarılması qaydası və şərtləri bu Məcəllənin 165.5-ci maddəsinə uyğun olaraq müəyyən edilir.
Maddə 229. Hesabatların verilməsi
İşğaldan azad edilmiş ərazinin rezidenti həmin ərazidəki fəaliyyəti ilə bağlı vergi hesabatlarını bu Məcəllədə nəzərdə tutulan qaydada və müddətlərdə vergi orqanına təqdim edir.”.
Maddə 2. Keçid müddəa
Bu Qanunun 1.39.2-ci maddəsində nəzərdə tutulmuş siyahı təsdiq edilən ilədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mülki müdafiə təyinatlı əmlakları (yeraltı əmlakları (eskalatorlar, havalandırma sistemləri, vaqonlar və digər əmlaklar) və yeraltı əmlaklarla bilavasitə bağlı olan keçidlər) əmlak vergisindən azaddır.
Maddə 3. Bu Qanunun qüvvəyə minməsi
3.1. Bu Qanunun 1.7.2-ci, 1.8.4-cü (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.6-2-ci maddəsinə münasibətdə), 1.10-cu, 1.11-ci, 1.17.3-cü, 1.19.1-1.19.3-cü və 1.21.2-ci maddələri 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.
3.2. Bu Qanunun 1.27.3-cü (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.30-cu maddəsinə münasibətdə) və 1.32.6-cı (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.59-cu maddəsinə münasibətdə) maddələri vəkillər və vəkil qurumları tərəfindən order markasının əldə edilməsi ilə bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minir.
3.3. Bu Qanunun 1.30-cu və 1.31.2-ci maddələri (ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara münasibətdə) 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
3.4. Bu Qanunun 1.39.1-ci və 1.39.2-ci maddələri bu Qanunun 1.39.2-ci maddəsində nəzərdə tutulmuş siyahı təsdiq edildiyi ildən qüvvəyə minir.
3.5. Bu Qanunun 3.1 – 3.4-cü maddələri nəzərə alınmaqla, bu Qanun 2023-cü yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 dekabr 2022-ci il
0 Komment
Şərh yazın