İlk dəfə! Dövlət tərəfindən bəzi işçilərin məcburi dövlət sosial sığorta haqları subsidiyalaşdırılacaq (VACİB MƏQAMLAR)

İlk dəfə! Dövlət tərəfindən bəzi işçilərin məcburi dövlət sosial sığorta haqları subsidiyalaşdırılacaq (VACİB MƏQAMLAR)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Həmin qanuna əsasən, normativ hüquqi sənədə yeni anlayış daxil edilib:
Məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması – sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının bu Qanunun 14-1-ci maddəsində nəzərdə tutulan hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sığortaedənlərə (sığortaolunanlara) ödənilən əvəzsiz maliyyə vəsaitidir.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilən yeni anlayışla diqqət yetiriləsi məqamlara baxaq.
Birinci məqam odur ki, subsidiyaşdırılma dedikdə, həm işəgötürən (sığortaedən) həm də işçi (sığortaolunan) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları nəzərdə tutur.
İkinci məqam odur ki, subsidiyaşdırılma yalnız Qanunun 14-1-ci maddəsində nəzərdə tutulan hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiyası məqsədilə verilir.
Subsidiyaşdırılmanın tətbiq üçün aşağıdakı şərtlərin olması mütləqdir:
- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərsin;
- qeyri-dövlət sektoru üzrə fəaliyyət göstərsin;
- neft-qaz sahələrində fəaliyyəti olmasın;
- maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərməsin;
- dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) olmasın.
Yuxarıdakı qeyd edilən 5 tələbə uyğun olan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır:
- 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faizi miqdarında;
- 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faizi miqdarında;
- 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faizi miqdarında;
- 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faizi miqdarında.
Qeyd edilən şərtlərlə fərdi sahibkar olaraq fəaliyyət göstərən şəxslərə gəlincə isə, Qanun əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunan tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının – 100 faizi subsiyalaşdırılacaq.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın