RƏSMİ! “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa 2 YENİ Dəyişiklik

RƏSMİ! “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa 2 YENİ Dəyişiklik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzaladığı “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, normativ hüquqi sənədə iki yeni dəyişiklik həyata keçirilib.


Birinci dəyişiklik ondan ibarətdir ki, Qanunun 3.4.12-ci maddəsinə edilən əlavəyə əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər göstərilən tibbi xidmətlər zamanı bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər nağdsız qaydada həyata keçirilməlidir. Qeyd edək ki, dəyişikliyə qədər maddədə qeyd edilən tələb yalnız tibb müəssisələrinə tətbiq edilirdi. Məlumat üçün bildirək ki, Vergi Məcəlləsində təklif edilən dəyişikliyə əsasən də, 1 yanvar 2023-cü il tarixdən özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər də nağd hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsiylə həyata keçirilməsi nəzərdə tutulur.
Ikinci dəyişikliyə əsasən, Qanunun 3.4.3-cü maddəsiən edilən əlavəyə uyğun olaraq, publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar zamanı Qanunun 3.4.12-ci maddəsinin müddəaları nəzərə alınmalıdır. Yəni, tibbi müəssisəsi olan publik hüquqi şəxs bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişləri nağdsız qaydada həyata keçirəcək.
Preziden tərəfindən təsdiq edilən qanunun mətnini də təqdim edirik:
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053; 2017, № 7, maddə 1288; 2019, № 1, maddə 28; 2020, № 5, maddə 527, № 11, maddə 1333; 2021, № 12, maddə 1310) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.4.3-cü maddəyə “publik hüquqi şəxslərə” sözlərindən sonra “(bu Qanunun 3.4.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
2. 3.4.12-ci maddəyə “tibb müəssisələri” sözlərindən sonra “və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 dekabr 2022-ci il

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın