Cümə axşamı, 01 Dekabr 2022 07:24

Hüquqi şəxs icarəyə götürdüyü ofisin kommunal xərcini gəlirdən çıxılan xərclərə aid edə bilər?

Dövlət Vergi Xidməti suala aydınlıq gətir

Sual: Hüquqi şəxsin icarəyə götürdüyü obyektin kommunal ödənişlərinin xərcə salınması ilə bağlıdır. Fiziki şəxsdən (VÖEN-i olmayan) icarəyə götürülmüş obyektin kommunal ödənişlərini (xüsusilə də elektrik) icarədar özü ödəyirsə və hesablaşma zamanı ödənilən kommunal ödənişi icarəçidən (hüquqi şəxsdən) tələb edirsə, hüquqi şəxs ödənişi hansı formada etməli və nəyə əsasən xərcə salmalıdır?

Cavab: Bildiririk ki, icarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin hüquqi şəxs (icarəçi) tərəfindən fiziki şəxsə (icarəyə verən) və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

 
 
 

 

 

Şərh yazın