Milli Məclisin komitə sədrindən mühasiblərin fəaliyyətinə təsir edəcək TƏKLİF
Dəyərli həmkarlar, Sizcə, büdcə təqvim ilinin dəyişdirilməsinə ehtiyac var?
Azərbaycanda büdcə ilinin təqviminin dəyişdirilməsi təklif edilib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış zamanı bildirib ki, büdcə təqvim ilinin bir yanvardan deyil, aprelin birindən nəzərə alınmalıdır: “Dünyanın bir çox ölkələrində - Böyük Britaniya, Yaponiya, Sinqapur, Küveyt kimi ölkələrdə büdcə ilinin təqvimi bir yanvardan deyil, bir apreldən başlayır, 31 martda başa çatır. Buna keçidin çətin olduğunu anlayırıq. Hesab edirik ki, belə dəyişikliklik layihə və tədbirlərin maliyyələşməsinə, büdcə planlaşmasına və parlament müzakirələrinin daha səmərəli keçməsinə imkan yarada bilər”.
Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı
0 Komment
Şərh yazın