Diqqət! Vergi Məcəlləsinə bazar qiyməti tətbiqinə əsas verən yeni hal əlavə ediləcək? (4-cü yazı)

Diqqət! Vergi Məcəlləsinə bazar qiyməti tətbiqinə əsas verən yeni hal əlavə ediləcək? (4-cü yazı)

1 yanvar 2023-cu il tarixdən Vergi Məcəlləsində təklif edilən dəyişikliklərin şərhi mks.az-da

 

Hər il olduğu kimi mks.az saytı olaraq növbəti ildən Vergi Məcəlləsində təklif edilən dəyişikliklərin şərhini həmkarlarımızın diqqətinə çatdırırıq. Öncədən qeyd edək ki, şərh olunan dəyişikliklər layihə olduğundan hələlik Milli Məclis tərəfindən təsdiqlənməyib.

Vergi Məcəlləsinin 14.3-cü maddəsində bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması halları qeyd edilib.

1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində təklif edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 14.3-cü maddəsi ilə tənzimlənən hallara yenisi əlavə edilib. Təklif edilən əlavəyə əsasən, vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda) bazar qiyməti tətbiq ediləcək.

Misal. Vergi orqanının 2023-cü ildə həyata keçirdiyi vergi nəzarəti tədbirləri nəticəsində 1 000 ədəd elektrik avadanlığın təqdim edilməsini təsdiq edən sənəd mövcud olmayıb. Bu halda vergi orqanı Vergi Məcəlləsinə əlavə edilən 14.3.6-ci maddəyə uyğun həmin malların təqdim olunma qiymətini müəyyən etmək üçün bazar qiyməti tətbiq etmək hüququna malik olacaq.

Dəyişiklik təsdiq olduğu halda, Vergi Məcəlləsinin 14.3.6-cı  maddəsi aşağıdakı kimi olacaq:

14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər:

...

14.3.6. vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda);

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər