Vergi azadolmalarının və güzəştlərin layihələrdə tətbiq olunması zamanı hansı əlavə sənəd ehtiyac olacaq? (2-ci yazı)

Vergi azadolmalarının və güzəştlərin layihələrdə tətbiq olunması zamanı hansı əlavə sənəd ehtiyac olacaq? (2-ci yazı)

1 yanvar 2023-cu il tarixdən Vergi Məcəlləsində təklif edilən dəyişikliklərin şərhi mks.az-da

 

Hər il olduğu kimi mks.az saytı olaraq növbəti ildən Vergi Məcəlləsində təklif edilən dəyişikliklərin şərhini həmkarlarımızın diqqətinə çatdırıcaq. Öncədən qeyd edək ki, şərh olunan dəyişikliklər layihə olduğundan hələlik Milli Məclis tərəfindən təsdiqlənməyib.

Vergi Məcəlləsinin 2.8-ci maddəsinə əsasən, Növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri və layihələrdə nəzərdə tutulan vergi azadolmalarının və güzəştlərinin qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Prezidenti) cari ilin may ayının 1-dək, müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən isə Azərbaycan Respublikasının Milli Məclisinə cari ilin may ayının 15-dən gec olmayaraq təqdim edilir.

1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində təklif edilən dəyişikliyə əsasən, layihələrdə nəzərdə tutulan vergi azadolmalarının və güzəştlərinin qiymətləndirilməsi ilə bağlı arayış forması tətbiq edilməsi nəzərdə tutulur.

Təklif edilən dəyişikliyə əsasən,  2.8-ci maddədə “qiymətləndirilməsi” sözü “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada aparılan qiymətləndirilməsinin nəticələrinə dair arayış” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur.

Dəyişiklik təsdiq olduğu halda, Vergi Məcəlləsinin 2.8-ci maddəsi aşağıdakı kimi olacaq:

 

2.8. Növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri və layihələrdə nəzərdə tutulan vergi azadolmalarının və güzəştlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada aparılan qiymətləndirilməsinin nəticələrinə dair arayış müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Prezidenti) cari ilin may ayının 1-dək, müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən isə Azərbaycan Respublikasının Milli Məclisinə cari ilin may ayının 15-dən gec olmayaraq təqdim edilir.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın