Dövlət Vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması dəyişdirildi

Dövlət Vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması dəyişdirildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”yə dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb.

Fərmana əsasən, dəyişikliklər aşağıdakı kimi olacaq:

- Dövlət Vergi Xidmətinin tanınma nişanı dairəvi formada olacaq. Qızılı xətlə haşiyələnmiş və üzərində xüsusi kompozisiya təsvir olunub;

- Tanınma nişanının yuxarı hissəsində ağ fon üzərində qızılı rəngdə yarımdairə formasında “Azərbaycan Respublikası” və onun aşağısında “İqtisadiyyat Nazirliyi” sözləri yazılıb;

- Tanınma nişanının mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri əks olunub;

- Ağ fon üzərində qızılı rənglə təsvir edilmiş üçbucaq formalı elementlər Dövlət Gerbinin ətrafında dairə yaratmış və həmin 4 dairənin aşağı hissəsində ağ fon üzərində qızılı rəngdə “Dövlət Vergi Xidməti” sözləri yazılıb;

- Tanınma nişanının aşağı hissəsində “Dövlət Vergi Xidməti” sözlərinin hər iki yan tərəfi qızılı rəngli qövsvari sünbüllə haşiyələnib;

- Tanınma qol nişanı göy rəngdədir, pambıq parça üzərində polivinilxlorid (PVX) materialdan istifadə edilməklə preslənmə yolu ilə hazırlanır.

- Tanınma döş nişanı ağ rəngdədir və vəzifəli şəxslərin üçdüymə köynəyinin üzərinə toxunub;

- Tanınma qol və döş nişanları dairəvi formadadır, 5 qızılı xətlə haşiyələnmişdir, üzərində xüsusi kompozisiya təsvir olunub;

- Dairənin ümumi diametri 80 mm, üçbucaq formalı elementlərin Dövlət Gerbinin ətrafında yaratdığı dairənin diametri isə 48 mm-dir;

- Tanınma qol və döş nişanlarının yuxarı hissəsində qızılı rəngdə yarımdairə formasında “Azərbaycan Respublikası” və onun aşağısında “İqtisadiyyat Nazirliyi” sözləri yazılıb;

- Tanınma qol və döş nişanlarının mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri göstərilib;

- Qızılı rənglə təsvir edilmiş üçbucaq formalı elementlər Dövlət Gerbinin ətrafında dairə yaratmış və həmin dairənin aşağı hissəsində qızılı rəngdə “Dövlət Vergi Xidməti” sözləri yazılıb;

- Tanınma qol və döş nişanlarının aşağı hissəsində “Dövlət Vergi Xidməti” sözlərinin hər iki yan tərəfi qızılı rəngli qövsvari sünbüllə haşiyələnib;

- Qadınlar üçün yay çəkməsinin dabanının hündürlüyü 5 sm, kişilər üçün yay və qış çəkməsinin dabanının hündürlüyü isə 2,5 sm-dir.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər