Hansı yeni halda vergi ilə bağlı olaraq beynəlxalq müqavilələrin müddəaları tətbiqinə məhdudiyyət qoyulacaq? (1-ci yazı)

Hansı yeni halda vergi ilə bağlı olaraq beynəlxalq müqavilələrin müddəaları tətbiqinə məhdudiyyət qoyulacaq? (1-ci yazı)

1 yanvar 2023-cu il tarixdən Vergi Məcəlləsində təklif edilən dəyişikliklərin şərhi mks.az-da

                                      

Hər il olduğu kimi mks.az saytı olaraq növbəti ildən Vergi Məcəlləsində təklif edilən dəyişikliklərin şərhini həmkarlarımızın diqqətinə çatdırıcaq. Öncədən qeyd edək ki, şərh olunan dəyişikliklər layihə olduğundan hələlik Milli Məclis tərəfindən təsdiqlənməyib.

 

Vergi Məcəlləsinin 2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Məcəllənin 2.5-ci maddəsinin müddəaları tətbiq olunmaması halları artırılıb.  Təklif edilən dəyişikliyə əsasən, 2.6-cı maddədə “münasibətdə,” sözü “münasibətdə vergidən yayınma məqsədilə istifadə edilirsə, o cümlədən” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur.

Dəyişiklik təsdiq olduğu halda, Vergi Məcəlləsinin 2.6-ci maddəsi aşağıdakı kimi olacaq:

2.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklərinə münasibətdə vergidən yayınma məqsədilə istifadə edilirsə, o cümlədən həmin müqavilə onu bağlamış dövlətin rezidenti olmayan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklərin alınması üçün istifadə edilirsə, bu Məcəllənin 2.5-ci maddəsinin müddəaları tətbiq olunmur.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın