Nazirlər Kabineti işçiyə ödənilən hansı məbləğin 60 faiz artırılmasına qərar verdi?
Baş Nazir gəlirdən çıxılmasına icazə verilən və işçiyə ödənilən xərcin məbləğini artırırdı
Nazirlər Kabinetinin 05 oktyabr 2022-ci il tarixli, 383 saylı qərarı ilə “Müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin normalarının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 4 iyun tarixli 89 nömrəli Qərarında dəyişiklik edilib.
Dəyişikliyə qədər dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gündəlik norması Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün 15 manatadək, Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün 15 ABŞ dollarınadək məbləğdə müəyyən edilmişdi.
Nazirlər Kabinetinin 05 oktyabr 2022-ci il tarixli, 383 saylı qərarı ilə məbləği dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gündəlik norması Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün 15 manat yox 25 manat müəyyən edilib. Eyni yanaşma da Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün də tətbiq edilir yəni 15 dollar yox 25 dollar müəyyən edilib.
Qeyd edək ki, Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gəlirdən çıxılmasına icazə verilir. Həmçinin, Vergi Məcəlləsinin 98.3-cü maddəsin əsasən, faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir.
Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı
0 Komment
Şərh yazın