Dövlət Vergi xidməti suala aydınlıq gətirir
Sual: Müəssisə ƏDV ödəyicisidir və malların ölkə xaricindən idxal edərək topdan satışını həyata keçirir. Cari ilin avqust, sentyabr və oktyabr aylarında müəssisə tərəfindən mal idxal edilmişdir. Mallar idxal olunan zaman gömrük orqanı tərəfindən malların qiyməti statistik dəyər tətbiq edilməklə yenidən qiymətləndirilmişdir. Bu halda həmin malların uçotu malların anbara mədaxili zamanı invoys dəyəri, yoxsa gömrük orqanının təyin etdiyi statistik dəyər əsas götürülməklə aparılmalıdır?
Cavab: Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Bunlarla yanaşı, vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.
Bunlardan əlavə, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.
Əsas: Vergi Məcəlləsinin 162-ci maddəsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu
Növbəti tematik TƏLİMİMİZ:
“Beşgünlük iş rejimindən iş vaxtının cəmlənmiş uçotunadək”
Tarix: 15 oktyabr 2022-ci il saat 15:00
Təlim haqqında ətraflı məlumat üçün "+" işarəsi yazmağınız kifayətdir
Əlaqə vasitələri: 050-368-12-72 (what's up da aktivdir), 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın