Nicat İmanov: “Dövlət Vergi Xidməti bütövlükdə inzibati şikayətlərin ilkin mərhələdə həllinin tərəfdarıdır”

Nicat İmanov: “Dövlət Vergi Xidməti bütövlükdə inzibati şikayətlərin ilkin mərhələdə həllinin tərəfdarıdır”

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Yol Xəritəsinin əsas parametrləri və komponentləri barədə “Report”a müsahibə verib

- Riskə əsaslanan audit sisteminin inkişaf etdiriləcəyini qeyd etdiniz. Bu, hansı addımları ehtiva edir? Vergitutma prosesində sahibkarlarla yaranan mübahisələrin həlli mexanizmlərinin təkmilləşdirilməsi aparılacaqmı?

- Dövlət Vergi Xidməti artıq uzun müddətdir riskyönümlü vergi nəzarəti və rəqəmsal vergi inzibatçılığı vasitəsilə vergi ödəyiciləri tərəfindən könüllü əməletmə səviyyəsinin artırılmasına xidmət edən fəaliyyətləri həyata keçirir. Xüsusilə də hazırda və gələcəkdə riskəsaslı auditin daha ünvanlı və səmərəli tətbiqi vergi xidmətinin iş keyfiyyətini artırmaqla yanaşı, biznes mühitinə də müsbət təsir göstərəcək. Riskəsaslı auditin bir çox müəssisələrə deyil, əsasən yüksək riskli vergi ödəyicilərinə hədəflənməsi, audit yoxlaması üçün halların audit bölmələri tərəfindən deyil, mərkəzləşdirilmiş qaydada seçilməsi, şəffaf və effektiv audit prosedurlarının tətbiqi şəraitində elektron risk sistemi üzrə uyğunsuzluqların müəyyən edilməsi parametrlərinin genişləndirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur.

Mübahisələrin həlli mexanizmlərinə gəlincə, Dövlət Vergi Xidməti bütövlükdə inzibati şikayətlərin ilkin mərhələdə həllinin tərəfdarıdır. Vergi qanunvericiliyinin tətbiqində mübahisələndirmə normal praktikadır. Bu mənada, əsas məsələ mübahisələrin effektiv həlli mexanizmlərinin qurulmasına nail olmaqdır. Biz perspektivdə bu prosesi daha da irəli aparmaq, Vergi Ombudsmanının fəaliyyətinin effektivliyini artırmaq niyyətindəyik.

Bütün bu proseslər vergi idarəçiliyinin şəffaflığı kontekstində aktualdır. Buna görə də tərəfimizdən maliyyə və əməliyyat göstəriciləri barədə illik hesabatların, gələcək strategiyalar və planlar barədə rəsmi sənədlərin ictimaiyyət üçün açıq saxlanması, işçi heyətin etik qaydalara, düzgünlüyə əməl etməsinə təminat verən mexanizmlərin (“staff integrity assurance mechanism”) mövcudluğuna nail olmağı, həmçinin xarici nəzarət baxımından vergi administrasiyasının kənar təşkilat tərəfindən qiymətləndirilməsinə dair illik hesabatların nəşrini nəzərdə tuturuq.

 

Növbəti tematik TƏLİMİMİZ:
“Beşgünlük iş rejimindən iş vaxtının cəmlənmiş uçotunadək”
Tarix: 15 oktyabr 2022-ci il saat 15:00
Təlim haqqında ətraflı məlumat üçün "+" işarəsi yazmağınız kifayətdir
Əlaqə vasitələri: 050-368-12-72 (what's up da aktivdir), 012-564-86-85 və ya [email protected]

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) "ƏMAS platforması: A-dan Z-yə"
2) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
3) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat (Satışı bitib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
6) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat (Satışı bitib)
7) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
8) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

0 Komment

    Şərh yazın