Nicat İmanov: “”Elektron vergi konsaltinqi” adlı YENİ elektron xidmət yaradılır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Yol Xəritəsinin əsas parametrləri və komponentləri barədə “Report”a müsahibə verib
- Nicat müəllim, vergi administrasiyası tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması, yeni xidmətlərin tətbiqi nəzərdə tutulurmu?
- Bildiyimiz kimi, vergi inzibatçılığının elektron platformasının və infrastrukturunun rəqəmsallaşması səviyyəsinin artırılması, rəqəmsal vergi inzibatçılığına keçidin sürətləndirilməsi və bu çərçivədə vergi ödəyicilərinə təqdim edilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi vergi orqanının daim prioritet istiqamətlərindən biri olub. Təsadüfi deyil ki, Dövlət Vergi Xidməti sahibkarlıq subyektləri üçün ən çox elektron xidmət təqdim edən dövlət qurumlarından biridir. Rəqəmsal texnologiyaların tətbiqi vergilərin hesablanması və ödənilməsi üzrə elektron sistemlərin təkmilləşdirilməsi qarşıdakı dövrdə də diqqət mərkəzimizdə olacaq.
Xüsusilə vurğulamaq istərdim ki, əvvəlcədən doldurulmuş vergi bəyannamələri sisteminə keçidin təmin edilməsi həm sahibkarların, həm vergi xidmətinin işinin əsaslı şəkildə yüngülləşməsinə, eləcə də könüllü əməletmə səviyyəsinin artmasına töhfə verə bilər. Həmçinin, yaxın perspektivdə İnternet Vergi İdarəsinin və mövcud elektron xidmətlərin təlimatlandırıcı rejimdə (simulyator) “Biznes mühitini və vergi yükünü araşdır”, “Elektron vergi konsaltinqi”, “Reytinq”, “Vergi əməletməsinin qiymətləndirilməsi”, “Kontragentləri araşdır” adlı yeni elektron xidmətlərin yaradılması nəzərdə tutulur.
Növbəti tematik TƏLİMİMİZ:
“Beşgünlük iş rejimindən iş vaxtının cəmlənmiş uçotunadək”
Tarix: 15 oktyabr 2022-ci il saat 15:00
Təlim haqqında ətraflı məlumat üçün "+" işarəsi yazmağınız kifayətdir
Əlaqə vasitələri: 050-368-12-72 (what's up da aktivdir), 012-564-86-85 və ya [email protected]
Satışda olan NƏŞRLƏRİMİZ
1) "ƏMAS platforması: A-dan Z-yə"
2) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
3) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat (Satışı bitib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
6) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat (Satışı bitib)
7) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
8) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)
0 Komment
Şərh yazın