Vüqar Mirheydərovun təqdimatında: Maliyyə lizinqi ilə alınan aktivlərə görə vergi öhdəliyi

Vüqar Mirheydərovun təqdimatında: Maliyyə lizinqi ilə alınan aktivlərə görə vergi öhdəliyi

Maliyyə mütəxəssisi Vüqar Mirheydərov “vergiler.az”a açıqlamasında mövzu ilə bağlı maraq doğuran məsələlərə aydınlıq gətirir.

Maliyyə lizinqi üzrə əməliyyatlar Vergi Məcəlləsinin 140-cı maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən,maliyyə lizinqinin obyekti əsas vəsaitlər kimi təsnif ediləcək daşınar və daşınmaz əmlak ola bilər. Maliyyə icarəsi müqavilələri üzrə icarəçi qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edə bilərlər.

Aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır (şərtlərdən birinin yerinə yetirilməsi kifayətdir):

- lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir, yaxud;

- icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır, yaxud;

- icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır, yaxud;

- icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıqdır, yaxud;

- icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz.

Maliyyə icarəsi əsasında icarəyə götürülmüş aktiv,icarəyəverənin balansından silinir və icarəçinin balansına götürülür. İcarəyəgötürən bu aktivlə bağlı bütün riskləri və mükafatları əldə edir. Yəni bu aktiv üzrə əmlak vergisini icarəyəverən deyil, icarəçi ödəyir və bu aktivin amortizasiya ayırmalarını gəlirdən çıxılan xərc kimi bəyan edir. Ümumiyyətlə, vergitutmaməqsədləri üçün icarəçi maliyyə lizinqi əsasında icarəyə götürülmüş aktivin sahibi kimi, icarə ödənişləri isə kredit ödənişləri kimi qəbul edilir.

Maliyyə icarəsi müqaviləsində kredit ödənişlərinin faiz dərəcəsi göstərilməlidir. Bu dərəcə müəyyən edilmədikdə, habelə maliyyə lizinqi həyata keçirən qeyri-rezidentlərə, qarşılıqlı surətdə asılı şəxslərə maliyyə lizinqi üzrə icarə ödəmələrinin cari dəyərini müəyyənləşdirməkdən ötrü istifadə edilən faiz dərəcəsi ödəmələr aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizi məbləğində götürülür.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat (Satışı bitib)
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat (Satışı bitib)
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

0 Komment

    Şərh yazın