Bazar ertəsi, 19 Sentyabr 2022 09:02

Mal-material ehtiyatları oğurlanarsa və ya istifadəyə yararsız hala düşərsə, onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilir?

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual: Vergitutma məqsələri üçün ümidsiz borclar, pul vəsaitin oğurlanması (əksikgəlməsi), mal-material ehtiyatlarının vaxtının bitməsi (oğurlanması , istifadəyə yararsız hala düşməsi) mənfəət vergisi və əlavə dəyər vergisi məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid etmək olarmı?
Cavab: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Vergi Məcəlləsinin 111-ci maddəsinin müddəalarına əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.
Müraciətinizdə qeyd olunan mallarının müxtəlif səbəblərdən uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır.
Əlavə olaraq, ƏDV ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququna malikdirsə, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.
Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu, 111-ci və 159.5-ci maddələri.

 

Növbəti tematik TƏLİMİMİZ:
Əmək müqaviləsinə xitamın əsasları: Əmək qanunvericiliyi və ƏMAS-ın tələbləri
Tarix: 24 sentyabr 2022-ci il saat 15:00
Təlim haqqında ətraflı məlumat üçün "+" işarəsi yazmağınız kifayətdir
Əlaqə vasitələri: 050-368-12-72 (what's up da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat (Satışı bitib)
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat (Satışı bitib)
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Şərh yazın