Hansı halda əmək haqqı üzrə 800 manat güzəşt tətbiq ediləcək?

Hansı halda əmək haqqı üzrə 800 manat güzəşt tətbiq ediləcək?

SİYAHI! 2023-cü ildən tətbiq ediləcək vergi güzəştləri açıqlandı

2023-cü ildən etibarən Azərbaycanda şirkətlər və fiziki şəxslər üçün bir sıra yeni vergi güzəştləri tətbiq ediləcək. Hazırda qüvvədə olan bir sıra vergi güzəştlərinin müddəti isə uzadılacaq. Qeyd edilən məlumat Maliyyə Nazirliyinin bu gün açıqladığı 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı ilkin məlumatda əks olunub.
Sənədə əsasən vergi güzəştləri həm ölkə daxilindəki fəaliyyətə, həm də xaricdən avtomobillərin idxalına tətbiq ediləcək.
Nəzərdə tutulan güzəştlər aşağıdakılardır:
- İşğaldan azad edilmiş ərazinin rezidentlərinə münasibətdə vergi güzəştlərinin müəyyən edilməsi;
- Kənd təsərrüfatı məhsullarının istehsalçıları üzrə əlavə vergi güzəştlərinin müəyyən edilməsi;
- Əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlirin vergidən azad olunması;
- Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsinin ƏDV-dən azad olunması;
- İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olmanın əlavə1 il artırılması;
- Dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq 01.01.2023-cü ildən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətəməxsus hüquqi şəxslər özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq əmlak və torpaq vergilərindən azad olunması;
- Müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitin qoyulmasının (əsas vəsaitin pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb edilməsi, digər əmlak üzrə isə ƏDV-dən azadolma rejiminin tətbiqi;
- 20 Yanvar şəhidlərinin övladlarına əmək haqqı gəliri ilə bağlı güzəştlərin verilməsi;
- Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində alınan mallara görə ödənilmiş ƏDV-nin qaytarılan hissəsinə yenidən baxılması;
- Şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 800 manat məbləğində azaldılması;
- Vergi ödəyicisinin bank əməliyyatları aparan şəxslərdə hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbinin ləğv edilməsi və hesabların vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılması;
- Nəzarət-kassa aparatının çeklərində göstərilən məlumatların dəqiqləşdirilməsi;

- ƏDV məbləğinin alınmış malların (iş vəxidmətlərin) dəyəri ödənilən gün ödənilməsi barədə tələbin yumşaldılması;
- Vergi ödəyiciləri tərəfindən vergi hesabatlarının təqdim edilməsi mexanizminin təkmilləşdirilməsi.

 

Növbəti tematik TƏLİMİMİZ:
Əmək müqaviləsinə xitamın əsasları: Əmək qanunvericiliyi və ƏMAS-ın tələbləri
Tarix: 24 sentyabr 2022-ci il saat 15:00
Təlim haqqında ətraflı məlumat üçün "+" işarəsi yazmağınız kifayətdir
Əlaqə vasitələri: 050-368-12-72 (what's up da aktivdir), 012-564-86-85 və ya [email protected]

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat (Satışı bitib)
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat (Satışı bitib)
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

0 Komment

    Şərh yazın