ƏDV məbləği əsas məbləğdən öncəki ay(lar)da daxil olarsa, əməliyyat hansı ayın dövriyyəsində nəzərə alınmalıdır?

ƏDV məbləği əsas məbləğdən öncəki ay(lar)da daxil olarsa, əməliyyat hansı ayın dövriyyəsində nəzərə alınmalıdır?

Həmkalarımızın ƏDV-lə bağlı təcrübədə tez-tez rast gəldiyi halla bağlı suala Dövlət Vergi Xidməti aydınlıq gətirir

Sual. Salam. ƏDV ödəyicisi 30 000 (ƏDV-siz) manatlıq qaimə faktura vermişdir. 5400 manat ƏDV-sidir. Mal alan MMC 5400 manat ƏDV-məbləğini 01.04.2022-ci il tarixində depozit hesabına köçürmüşdür. Malın dəyərini (ƏDV-siz) 30 000 manatı 12.06.2022-ci ildə bank hesabına köçürmüşdür. Bu əməliyyat hansı ayda dövriyyəyə salınmalıdır? Aprel ayının dövriyyəsinə, yoxsa iyun ayının dövriyyəsinə?
Cavab: Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.
Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır.
Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi (sorğunuzda iyun ayı) nəzərdə tutulur.
Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

 

Növbəti tematik TƏLİMİMİZ:
Əmək müqaviləsinə xitamın əsasları: Əmək qanunvericiliyi və ƏMAS-ın tələbləri
Tarix: 24 sentyabr 2022-ci il saat 15:00
Təlim haqqında ətraflı məlumat üçün "+" işarəsi yazmağınız kifayətdir
Əlaqə vasitələri: 050-368-12-72 (what's up da aktivdir), 012-564-86-85 və ya [email protected]

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat (Satışı bitib)
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat (Satışı bitib)
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

0 Komment

    Şərh yazın