Əmək haqqı üzrə gəlir vergisindən kimlərə güzəşt təklif edilir? (14-cü yazı)

Əmək haqqı üzrə gəlir vergisindən kimlərə güzəşt təklif edilir? (14-cü yazı)

1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərin şərhi yalnız MKS.az-da

Hazırda Dövlət Vergi Xidməti Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan paketin müvafiq dövlət və özəl qurumları ilə müzakirəsini həyata keçirir. Mks.az saytı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı hazırladığı silsilə yazıları təqdim edir.

 

1 yanvar 2023-cü il tarixdən Vergi Məcələsində təklif edilən dəyişikliklərdə fiziki şəxslərin gəlir vergisi üzrə güzəştləri əhatə edən şəxslərin siyahısının genişləndirilməsi nəzərdə tutulub. Belə ki, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin övladlarının da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılması təklif edilir.

Dəyişikliklər paketində Vergi Məcəlləsinin 102.4.2-ci maddəsi aşağıdakı redaksiyada təklif edilir:

 

102.4. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır:

102.4.2. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri, və arvadları (ərləri) və övladları. Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər