Vergi ödəyicisinin vətəndaşlardan ödəmə mənbəyindən vergi tutmaqla aldığı mallara görə fərqli yanaşma tətbiq ediləcək? (13-cü yazı)
1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərin şərhi yalnız MKS.az-da
Hazırda Dövlət Vergi Xidməti Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan paketin müvafiq dövlət və özəl qurumları ilə müzakirəsini həyata keçirir. Mks.az saytı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı hazırladığı silsilə yazıları təqdim edir.
Vergi Məcəlləsinin 101.6-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” AR Qanununun 3.5-ci maddəsindəki mallar dedikdə aşağıdakılar nəzərdə tutulur:
- əlvan və qara metal qırıntıları;
- utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatlar;
- utilizasiya məqsədləri üçün işlənmiş şinlər;
- xam dəri.
Qeyd edək ki, vergi ödəyicisi yuxarıda qeyd edilən malları yalnız vətəndaşlardan aldıqda elektron alış aktı sənədi ilə rəsmiləşdirir və ödəmə mənbəyindən 5 faiz vergi hesablayır.
1 yanvar 2022-cü il tarixdən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə qeyd edilir ki, vergi ödəyicisi “Nağdsız hesablaşmalar haqqında” AR Qanununun 3.5-ci maddəsindəki malları aldıqda ödəmə mənbəyindən vergi tutduğu halda, vətəndaşın gəlir vergisindən azad olması nəzərdə tutulur. Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istelsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) gəlir də istisna hallarına aid edilməsi təklif edilir.
Dəyişikliklər paketində Vergi Məcəlləsinin 102.1.7-cı maddəsi aşağıdakı redaksiyada təklif edilir:
102.1.7. qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istelsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir
Satışda olan NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
0 Komment
Şərh yazın