Hansı kassa çekinə yeni məlumatın daxil edilməsi təklif olunur? (12-ci yazı)

Hansı kassa çekinə yeni məlumatın daxil edilməsi təklif olunur? (12-ci yazı)

1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərin şərhi

Hazırda Dövlət Vergi Xidməti Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan paketin müvafiq dövlət qurumları ilə müzakirəsini həyata keçirir. Mks.az saytı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı hazırladığı silsilə yazıları təqdim edir.

 

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən bəziləri vergi nəzarətinin gücləndirilməsi baxımından maraqlıdır. Məsələn, yanacaqdoldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nəzarət-kassa aparatının çeklərində qeyd olunması təklif edilir. Təklifdən göründüyü kimi, yanacaqdoldurma məntəqələrinin vətəndaşlara təqdim etdiyi çeklərdə qeyd olunan məlumatın əks etdirilməsi nəzərdə tutulmayıb. Əgər təklif qəbul olunrsa, o zaman 1 yanvar 2023-ci il tarixdən yanacaqdoldurma məntəqələri yalnız vergi ödəyicilərinə təqdim etdikləri nəzarət-kassa aparatı çeklərində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını əks etdirəcək.

 

Dəyişikliklər paketində Vergi Məcəlləsinin 102.1.11-ci və 106.1.14-cü maddələri aşağıdakı yeni redaksiyada təklif edilir:

50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:

...

50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

0 Komment

    Şərh yazın