Hansı quruma elektron qaimə-fakturanın göndərilməsi üzrə istisna təklif edilir (11-ci yazı)

Hansı quruma elektron qaimə-fakturanın göndərilməsi üzrə istisna təklif edilir (11-ci yazı)

1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərin şərhi yalnız MKS.AZ-da

Hazırda Dövlət Vergi Xidməti Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan paketin müvafiq dövlət və özəl qurumları ilə müzakirəsini həyata keçirir. Mks.az saytı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı hazırladığı silsilə yazıları təqdim edir.

 

Vergi Məcəlləsinin  16.1.11-6-ci maddəsində Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərilən şəxslərə istisnalar nəzərdə tutulub. Müvafiq fəaliyyətlər üzrə istisnalar aşağıdakılardır:

- bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;

- dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;

- notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi;

- lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi.

Təklidf olunan dəyişiklik qəbul olunarsa, 1 yanvar 2023-cü il tarixdən etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən aparılan ödənişlər üzrə elektron qaimə-fakturanın göndərilməsinə ehtiyac qalmayacaq.

Dəyişikliklər paketində Vergi Məcəlləsinin 16.1.11-6-ci maddəsi aşağıdakı redaksiyada təklif olunur:

16.1.11-6. aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicis i kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək

...

16.1.11-6.5. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən aparılan ödənişlər üzrə;

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın