Şəhadətnamə-dublikat tarixin yaddaşına həkk olunacaq? (10-cu yazı)

Şəhadətnamə-dublikat tarixin yaddaşına həkk olunacaq? (10-cu yazı)

1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərin şərhi yalnız MKS.az-da

Hazırda Dövlət Vergi Xidməti Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan paketin müvafiq dövlət və özəl qurumları ilə müzakirəsini həyata keçirir. Mks.az saytı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı hazırladığı silsilə yazıları təqdim edir.

 

Vergi Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə əsasən, vergi ödəyicisi kredit təşkilatlarında hesab açmaq üçün vergi orqanına ərizə verməlidir. Vergi orqanı vergi ödəyicisinin ərizəsi əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verdikdən sonra hesab açılması proseduru həyata keçirilir.

Vergi Məcəlləsinə təklif edilən dəyişiklik qəbul olunarsa, vergi ödəyicisinin bank hesabı üçün vergi orqanına ərizə verməsinə ehtiyac qalmayacaq.  Vergi ödəyicisinin hesab açılması üçün kredit təşkilatına müraciət etməsi kifayət edəcək ki, müvafiq prosdurlar həyata keçirilsin.

Dəyişikliklər paketində Vergi Məcəlləsinin 165.5-cı maddəsi aşağıdakı redaksiyada təklif edilir:

Maddə 35. Banklar, digər kredit təşkilatları və poçt rabitəsinin milli operatoru tərəfindən vergi ödəyicilərinə hesabların açılması

 

35.1. Vergi ödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün banklara, kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna (bundan sonra - bank əməliyyatları aparan şəxslərə) müraciət etdikdə bank əməliyyatları aparan şəxslər vergi ödəyicilərinə hesablar açır və açılmış hesabların (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) vergi orqanında qeydiyyata alınması üçün forması müvafiq icra hakimiyyəti orqanının  müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərir.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın