ƏDV ödəyicilərinə maliyyə sanksiyası nəzərdə tutan maddədəki müddət artırılacaq? (5-ci yazı)

ƏDV ödəyicilərinə maliyyə sanksiyası nəzərdə tutan maddədəki müddət artırılacaq? (5-ci yazı)

 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərin şərhi

Hazırda Dövlət Vergi Xidməti Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan paketin müvafiq dövlət qurumları ilə müzakirəsini həyata keçirir. Mks.az saytı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı hazırladığı silsilə yazıları təqdim edir.

 

1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində təklif edilən dəyişikliklərin əksəriyyəti vergi ödəyicilərinin xeyrinə olan dəyişikliklərdir. Vergi  Məcəlləsinin 58.6-ci maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, hazırda əsas məbləğlə ƏDV-nin ödənilməsində hətta bir günlük gecikmə olduğu halda vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.

Maraqlıdır ki, 1 yanvar 2023-cü ildən Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərdə ƏDV-nin ödənilməsi ilə bağlı vergi ödəyicilərinə daha uzun müddət verilməsi nəzərdə tutulur. Belə ki, Vergi Məcəlləsinin 58.6-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, ƏDV ödəyiciləri malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində ƏDV məbləğini ödəmədikləri halda onların maliyyə sanksiyasına məruz qalması nəzərdə tutulur.

Dəyişikliklər paketində Vergi Məcəlləsinin 58.6-cı maddəsi aşağıdakı redaksiyada təklif edilir:

58.6. bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın