Nəzarət kassa-aparatı tətbiq ediləcək fəaliyyətlərin siyahısı genişləndiriləcək? (3-cü yazı)

Nəzarət kassa-aparatı tətbiq ediləcək fəaliyyətlərin siyahısı genişləndiriləcək? (3-cü yazı)

Mks.az saytı olaraq, 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində təklif edilən dəyişikliklər barədə silsilə yazılar təqdim etməyə başlayırıq

Xəbər verildiyi kimi, Dövlət Vergi Xidməti tərəfindən Vergi Məcəlləsinəd dəyişikliklər paketi hazırlanaraq müvafiq dövlət qurumları ilə müzakirəsi həyata keçirilir. Mks.az saytı olaraq, 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində edilməsi təklif edilən dəyişikliklər barədə silsilə yazılar təqdim etməyə başlayırıq.

1 yanvar 2022-ci il tarixdən etibarən Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə edilən dəyişikliyə əsasən, tibb müəssisələri tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirməlidir. Maddədən göründüyü kimi, səhiyyə sahəsində fəaliyyət göstərən tibb müəssisələrinə tələb mövcud olsa, həmin sahədə xidmət göstərən fərdi sahibkarlar həmin tələb müəyyənləşdirilməyib.

1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsinin 16.1.8-ci maddəsindəki fəaliyyətlərin siyahısına özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər əlavə edilməsi təklif edilir.

Beləliklə, 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsiniə təklif edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə aşağıdakı şəkildə olması təklif edilir:

16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək:

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər